IQNA

Quran surələri / 32

Səcdə surəsində qiyaməti inkar edənlər ciddi şəkildə təhdid olunur

20:58 - September 25, 2022
Xəbər sayı: 3492978
Qurani-Kərimin müxtəlif ayələrində Allahı və qiyamət gününü inkar edənlərin xüsusiyyətləri və aqibəti bəyan edilmişdir. Allah onları müxtəlif üsullarla hədələmiş və “Səcdə” surəsində onlara ən şiddətli və ağrılı əzabları vəd etmişdir.

Qurani-Kərimin otuz ikinci surəsi “Səcdə” adlanır. 30 ayədən ibarət bu surə Qurani-Kərimin 21-ci cüzündədir. Səcdə Məkkədə nazil olan surədir. O, Peyğəmbərə (s) nazil olan 75-ci surədir.

Bu surənin on beşinci ayəsini oxumaq və ya eşitmək səcdəni vacib etdiyi üçün bu surənin adı səcdədir. Allah bu surənin 15-ci ayəsində Allahın ayələrini və nişanələrini xatırlayarkən, torpağa düşməsini, Ona səcdə və həmd-səna etməsini möminin bariz nümunələrindən biri hesab edir. Bu ayədə vacib səcdə var. Surənin adı da bu ayədən götürülüb.

“Səcdə” surəsi Məad, varlığın altı zaman bölümündə yaradılması və insanın palçıqdan yaradılması barədə bəhs edir. Qiyamtəi inkar edənlərin əzabından xəbərdar edir. Möminlərin mükafatını insanların ağlına gəlməyən bir mükafat kimi təqdim edir.

Əllamə Təbatəbai “Səcdə” surəsinin əsas məqsədini mənşə və qiyamət üçün dəlil gətirmək və bu iki məsələ ətrafında olan şübhələri aradan qaldırmaq hesab etmişdir. Kitab və nübüvvət, ilahi ayələrə iman gətirıən möminlər və Allaha ibadət yolundan sapmış fasiqlər arasında fərqin bəyan edilməsi, möminlərə ağlasığmaz mükafatların vəd edilməsinə işarə edilməsi və Fasiqlərin dünya və axirət əzabı barədə xəbərdarlıq bu surədə bəhs edilən məsələlərdəndir.

"Səcdə" surəsinin mənşə və məada imanı gücləndirmək, təqvaya doğru hərəkət etmək, üsyanın qarşısını almaq üçün güclü bir dalğa yaratmaq və insanın yüksək məqamının dəyərinə diqqət yetirmək üçün olduğu bildirilmişdir.

Bu surənin əvvəlində Quranın əzəmətindən və onun Allah tərəfindən nazil olmasından bəhs edilir. Daha sonra Allahın yerdə və göydə olan nişanələrindən və dünyanın idarə edilməsindən bəhs edilir. İnsanın torpaqdan və ilahi ruhdan yaradılması, elm əldə etmək üçün vasitələrin bəxş edilməsi, ölüm və ölümdən sonrakı dünya haqqında danışmaq bu surədə qeyd olunan digər mövzulardır.

Həmçinin bu surədə möminlərə cənnətə gedəcəkləri, fasiqlərə isə cəhənnəm odunun əzabı vəd edilir. Əvvəl, Allahın ayələrinə həqiqi iman gətirənlər, fasiqlər və Allahın ayələrini inkar edənlər kimi iki qrupun fərqlərini bəyan edir. Həmçinin birinci dəstəyə heç kimin ağlına gəlməyən bir mükafat vəd edir. İkinci dəstəni isə şiddətlə hədələyir. Qiyamət günü ağrılı və əbədi bir əzab, dünyada isə tezliklə daha kiçik bir əzabı dadacaqlarını bildirir.

Ad:
E-poçt:
* Comment:
captcha