IQNA

Quran surələri / 34

"Səbə" surəsində ata oğul olan peyğəmbərlərin möcüzələri

14:24 - October 09, 2022
Xəbər sayı: 3493044
Peyğəmbərlər arasında “Zəkəriyya və Yəhya”, “İbrahim və İshaq”, “İbrahim və İsmail”, “Yəqub və Yusif” kimi bir-biri ilə ata-oğul münasibəti olanlar da olmuşdur. Onların arasında “Davud və Süleyman”ın möcüzələri və fəaliyyətləri eşitməli və diqqətəlayiqdir. Bu iki peyğəmbər metalları əridməklə tikintiyə başlayıb.

Qurani-Kərimin otuz dördüncü surəsi “Səbə” adlanır. 54 ayədən ibarət bu surə 22-ci cüzdə qərar tutmuşdur. "Səbə" surəsi Məkkə surələrindən biridir və Peyğəmbərə (s) nazil olan 58-ci surədir.

Bu surənin adlandırılmasının səbəbi “Səbə” adının çəkildiyi on beşinci ayədir. "Səbə" Yəməndə Süleymanın (ə) peyğəmbərliyi dövründə eyni adlı qəbilənin yaşadığı şəhərlərdən birinin adı idi. Onların hökmdarı Bilqeys adlı qadın idi. Surənin bir hissəsində Süleymanın "Səbə" əhli ilə qarşılaşmasından bəhs edilir.

Bu surədə də digər Məkkə surələri kimi müsəlmanların etiqadlarından, o cümlədən üç əsasdan, yəni tövhid, nübüvvət və məaddan bəhs edilir. Onları bəyan etdikdən sonra onları inkar edənlərin və ya şübhə salanların cəzasını bildirir. Sonra müxtəlif üsullarla həmin şübhələri aradan qaldırır.

Bu surədə məad məsələsinə daha çox diqqət yetirilmişdir. Bu surənin fəri mövzuları Allahın kainatdakı əlamətləri və sifətləri, Qiyamət günü məzlumlarla təkəbbürlülərin mübahisəsi, peyğəmbərlərin bəzi möcüzələrinin təsviri, şükür edənlər və nankorların aqibəti, Allahın bəzi nemətlərinin təsviri və insanı düşünməyə çağırış barədədir.

Ata və oğul olan iki peyğəmbərin iki möcüzəsi qeyd olunur. Davud peyğəmbərin (ə) əli ilə dəmirin yumşaldılması və Həzrət Süleymanın (ə) Allahın izni ilə küləyin ixtiyarına sahib olması da "Səbə" surəsində qeyd olunur.

Həmçinin bu surədə dağ və quşların Davud peyğəmbərlə (ə) həmsəda olması və onun zireh düzəltməsi, Süleymanın (ə) cinləri ram etməsi, mis əritməsi, bina və qabların tikilməsi, Süleymanın vəfatı da gəlmişdir. Həmçinin "Səbə" əhlinin və onların abad bağçalarının və nankorluqları üzündən başlarına yağan selin hekayəti də bu surənin tarixi hekayətlərindəndir.

Oxşar xəbərlər
captcha