IQNA

İslam dünyasının məşhur alimləri / 8

Misirli bir alim Quranda qadının məqamını izah etməyə çalışıb

9:59 - December 01, 2022
Xəbər sayı: 3493344
Doktor Fevziyə Əl-Əşmavi elmi həyatını Quranda qadının məqamını izah etməyə həsr etmişdir. Həmçinin, o, müəyyən mənaları olan Quran mətninə hörmət edilməsinin zəruriliyini vurğulayaraq dini ifadədə müasirləşməyə can atmışdır.

Cenevrə Universitetinin ərəb ədəbiyyatı və islam sivilizasiyası üzrə ustadı, Misir Vəqflər Nazirliyinə bağlı İslam İşləri üzrə Ali Şuranın keçmiş üzvü, həmçinin YUNESKO-nun məsləhətçisi, keçən ay Cenevrədə vəfat etdi. Onu ömrünü Qurani-Kərimin dini xitabını, dini xitabda yenilikləri, dini xitabın təfsirində ağılın əhəmiyyətini və Quran təfsirini öyrənməyə həsr etmiş şəxsiyyətlərdən biri kimi hesab etmək olar. O, həmçinin İslamda və mövcud İslam cəmiyyətlərində, xüsusən də Misirdə qadınların görkəmli mövqeyi, qadınları qorumaq üçün qanunların qəbul edilməsi zərurəti və həmçinin İslamın qadınlara qarşı hədsiz məhdudiyyətlərin qoyulmasına qarşı olduğunu vurğulayır.

Fevziyə Əbdul-Munim Əl-Əşmavi 20-ci əsrin qırxıncı illərinin əvvəllərində İsgəndəriyyədə (Misir) anadan olub. 1965-ci ildə İsgəndəriyyə Universitetində fransız dili üzrə bakalavr dərəcəsi almışdır. Daha sonra təhsilini davam etdirmək üçün Cenevrəyə getdi və burada fransız ədəbiyyatı üzrə doktorluq dərəcəsi almaq istəyirdi. Lakin onun sözlərinə görə, həm də yəhudi olan elmi rəhbəri ondan Fransa əvəzinə ərəb dünyasının müasir problemlərini araşdırmasını xahiş etdi və o, qəbul etdi. O, “Nəcib Məhfuzun əsərlərində misirli qadın statusunun təkamülü” mövzusunda doktorluq dissertasiyası yazıb. Dissertasiya müdafiə etdikdən sonra Cenevrə Universitetində dosent vəzifəsində çalışıb. Uzun illər tədris etdikdən sonra bu universitetdə ustad oldu və eyni vəzifədə təqaüdə çıxdı. YUNESKO-da, Misir Vəqflər Nazirliyində, Misir və Səudiyyə Ərəbistanı səfirliyində və digər qurumlarda vəzifələrdə işləyib. İslamşünaslıq üzrə ustad olan bu görkəmli şəxsiyyət ötən ay 80 yaşında Cenevrədə vəfat edib.

Onun ən mühüm əsəri “Quran xitabında qadın” kitabı sayıla bilər. O, Həzrət Məhəmmədin (s) Məkkədə yaşadığı zaman müşriklərin geniş müqaviməti ilə üzləşdiyini vurğulayıb. Bu müxalifət münaqişə və müharibə həddinə çatmışdı. Buna görə də Məkkədə Quranın xitabını insanlara tövhidin tanıtımı kimi də qiymətləndirmək olar. Bu dövrdə Quranın xitabı İslamı qəbul etməyə dəvət idi, lakin bu dövrdə qadınların cəmiyyətdə çox böyük rolu yox idi. Məkkə surələrində qadınlar kişilərin kölgəsində idilər. Ona görə də yalnız bəzi qadınların peyğəmbərlərin zövcələri və ya Firon və Misirin Əzizinin arvadları kimi təqdim edilərkən qeyd edilmişdir.

Amma Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra fərqli bir cəmiyyətlə qarşılaşırıq; Mədəni müxtəlifliyə malik cəmiyyət və burada Quran ayələri qadınları kişilərin yanında qərar verir. Mədinə ayələrində mömin kişilərin yanında mömin qadınlar, müsəlman kişilərin yanında müsəlman qadınlardan bəhs edilir. Ümumiyyətlə, demək olar ki, Mədinədə nazil olan surələrdə Quran qadını kişilərlə eyni səviyyədə qərar verir. Necə ki, “Mümtəhənə” və “Mücadələ” surələri kimi bəzi surə və ayələr qadınlar üçün nəzərdə tutulub.

Ad:
E-poçt:
* Comment:
captcha