"Life" saytının verdiyi xəbərə görə, Gülzar Əhməd Prayın 75 yaşı var və 42 illik zəhmətdən sonra Qurani-Kərimin tərcüməsini uğurla başa çatdırıb.
Kəşmirdə magistr və bakalavr dərəcəsi olan təqaüdçü dövlət məmuru Pray Vəhy Kəlamını Kəşmir dilli insanlar üçün daha sadə və başa düşülən etmək üçün onilliklər əvvəl bu işə başlamışdır.
Uzun illər Qurani-Kərimin beş cüzünü çap etdirərək təhsil ocaqlarının ixtiyarına verib. İndi 30 cüzü tamamlandıqdan sonra tərcümə çapa hazırlanır.
Pray bildirib ki, bəzən bu məsuliyyətin altında əzilirdim, lakin gələcək nəsillərin Quranı öz ana dillərində oxuyub anlaya biləcəkləri düşüncəsi mənim bu işi davam etdirməyimə səbəb olurdu.
Kəşmirdəki din alimləri onun tərcüməsini qalıcı bir iş kimi qiymətləndirdilər. Anantangdan olan din xadimi Mövlana Ramiz dedi: Bu, sadəcə tərcümə deyil, mənəvi xidmətdir. Prayın işi ərəb dilini başa düşməkdə çətinlik çəkənlərə kömək edəcək.
Onun əsərləri də Kəşmir ədəbiyyatına mühüm töhfə hesab olunur. Çünki hər bir dil belə böyük səylər nəticəsində inkişaf edir.
Pray öz işini çap etməyə hazırlaşarkən, çoxları onun onilliklər boyu davam edən səyinin gələcək nəsilləri ruhlandıracağına ümid edərək onu səbirsizliklə gözləyir.
Onların işinin alimlər, tələbələr və ictimaiyyət üçün dəyərli mənbə olması nəzərdə tutulur.
4264711