İQNA – Həzrət İmam Hüseyn (ə) hərəmi “ Ərbəin ziyarəti” kampaniyası çərçivəsində Fələstinə humanitar yardım göndərildiyini və bu təşəbbüsün İraqın ali dini mərcəi Ayətullah Seyyid Əli Sistani tərəfindən dəstəkləndiyini açıqlayıb.
Xəbər sayı: 3498692 Nəşr tarixi : 2025/08/15
İQNA - Höccətül-islam Alireza Qubadi və Höccətül-islam Mahmud Hadi bildirirlər ki, Ərbəin ziyarəti və yürüşü iman göstəricisi olmaqla yanaşı, İmam Hüseynin (ə) məqsədlərini canlandırmaq və möhkəmləndirmək üçün mühüm bir hərəkətdir.
Xəbər sayı: 3498690 Nəşr tarixi : 2025/08/14
İQNA - Höccətül-islam Əlirza Qubadi, cəmiyyətşünas və ekspert, Ərbəin münasibətilə “ Ərbəin ziyarətində şəhadət verməyin möminlik nişanəsi olması” mövzusunda bir yazı təqdim edib. Onun sözlərinə görə, Ərbəin ziyarətində şəhadət vermək unudulmuş yaxşılıqları diriltmək, zəvvarla İmam arasında qəlbi və əməli bağlılıq yaratmaq və insanın fərdi-sosial davranışlarını İmamla uyğunlaşdırmaq deməkdir. Belə bir ziyarət və şəhadət, şübhəsiz ki, möminliyin əlamətlərindəndir.
Xəbər sayı: 3498689 Nəşr tarixi : 2025/08/14
İQNA - Ərbəin günlərində Kərbəla yolunun 1080-ci sütununda yerləşən Həzrət Fatimə Məsumə (s.ə) hərəminin mökəbində 20 millətdən olan qadınların iştirakı ilə “Qurani-Kərim məfhumlarının izahı” adlı tədbir keçirilib.
Xəbər sayı: 3498688 Nəşr tarixi : 2025/08/14
İQNA - Kürdüstan vilayəti SEPAH-ında Vilayət Nümayəndəliyinin rəhbəri Höccətül-islam vəl-müslimin Taha Təvəkkoli bildirib ki, Ərbəin Kürdüstanın Başmaq sərhəd-keçid məntəqəsində şiə və Əhli-sünnət sevərlərinin həmrəyliyinin və birliyinin aydın nümunəsidir.
Xəbər sayı: 3498686 Nəşr tarixi : 2025/08/13
İQNA - Təsirli “Həsir” klipi İranlı və Qafqazlı sənətçilərin ortaq işi kimi təqdim olunub. Əsər regiondakı müsəlman xalqlar arasında birlik və həmrəyliyi möhkəmləndirməyə xidmət edir, Azərbaycan, Gürcüstan və Türkiyədə böyük maraqla qarşılanaraq mədəni diplomatiya və Aşura mesajlarının təbliyi istiqamətində mühüm addım sayılır.
Xəbər sayı: 3498683 Nəşr tarixi : 2025/08/12
İQNA - Ayətullahül-üzma Sistani Ərbəin zəvvarlarına müraciətində namazın vaxtında qılınmasının, münasib hicaba riayət etmənin və əməllərdə ixlasın vacibliyini tövsiyə etdi.
Xəbər sayı: 3498681 Nəşr tarixi : 2025/08/12
İQNA – İraqdakı Milyonluq Ziyarət üzrə Ali Təhlükəsizlik Komitəsi Kərbəlaya səfər edən vətəndaşlara yalnız ictimai nəqliyyatdan istifadə etməyi, müqəddəs şəhərə şəxsi avtomobilləri ilə getməməyi tövsiyə edib.
Xəbər sayı: 3498680 Nəşr tarixi : 2025/08/12
İQNA – Həzrət Əbəlfəzl (ə) hərəmi Nəcəfül-Əşrəfdə Ərbəin ziyarətçiləri üçün Quran məclisləri, təlim proqramları və loqistik xidmətlər təşkil edib.
Xəbər sayı: 3498677 Nəşr tarixi : 2025/08/11
İQNA – Tehranın Bələdiyyəsi Ərbəin qərargahının Qadınlar Komitəsi “Qəzzə üçün Analar” kampaniyası çərçivəsində İmam Hüseynin (ə) ziyarətinə gələn qadın zəvvarlardan imza toplayaraq dünya qadın və analarının Qəzzə analarına həmrəyliyini nümayiş etdirib.
Xəbər sayı: 3498676 Nəşr tarixi : 2025/08/11
İQNA – Qum əyalətinin Ərbəin Qərargahının katibi Rza Şikarçi bildirib ki, Qumda hazırlanmış 146 əzadarlıq çadırından təxminən 80 faizi artıq sərhədi keçərək avadanlıqları ilə birlikdə İraqın ziyarət şəhərlərinə və Ərbəin ziyarət yoluna göndərilib.
Xəbər sayı: 3498673 Nəşr tarixi : 2025/08/10
İQNA – İraqın daxili işlər naziri Əbdüləmir əş-Şəməri bildirib ki, bu günədək 3 milyondan çox xarici zəvvar İmam Hüseynin (ə) Ərbəin ziyarətində iştirak etmək üçün İraqa daxil olub.
Xəbər sayı: 3498667 Nəşr tarixi : 2025/08/09
İQNA – İmam Hüseynin (ə) Ərbəin mərasimlərinin yaxınlaşması münasibətilə İraqın Kərbəla və Nəcəf Əşrəf vilayətlərində bir həftəlik rəsmi tətil elan edilib.
Xəbər sayı: 3498662 Nəşr tarixi : 2025/08/08
İQNA - Kərbəla Polis Komandanlığının verdiyi məlumata görə, Ərbəin zəvvarlarına xidmət göstərmək məqsədilə 14 mindən çox İraq və 205 xarici xidmət yeri qeydiyyatdan keçib.
Xəbər sayı: 3498649 Nəşr tarixi : 2025/08/05
İQNA - Ərbəin zəvvarlarına xidmət və rifah məqsədilə Həzrət Əli (ə) Məqbərəsi tərəfindən “İtənlər üçün bələdçi” adlı bir mobil tətbiq hazırlanıb. Aşağıdakı videoda bu proqramdan istifadə qaydası izah olunur.
Xəbər sayı: 3498645 Nəşr tarixi : 2025/08/05
İQNA - Nəcəf-Əşrəfdə yerləşən Ayətullahül-üzma Sistaninin ofisi bəyanat yayaraq siyasi və xidmət qurumlarının onun şəkillərindən ictimai yerlərdə, xüsusilə də Ərbəin zəvvarlarının ziyarətində istifadə etməsini qadağan etdiyini bildirib.
Xəbər sayı: 3498640 Nəşr tarixi : 2025/08/04
İQNA – “Müfid” tətbiqinin icraçı direktoru İmam Hüseynin (ə) Ərbəin mərasimi münasibətilə zəvvarlar üçün ödənişsiz onlayn yerləşdirmə xidmətinin istifadəyə verildiyini bildirib.
Xəbər sayı: 3498630 Nəşr tarixi : 2025/08/02
İQNA - Ərbəin mərasiminin yaxınlaşması ilə əlaqədar Kərbəlaya aparan yollar boyu zəvvarlara müxtəlif xidmət yerləri qurulub və bu xidmət yerləri zəvvarlara xidmət göstərməklə İraqda mənəvi və coşqulu bir ab-hava yaradıb.
Xəbər sayı: 3498622 Nəşr tarixi : 2025/07/31
İQNA – Həzrət Abbas (ə) Müqəddəs Hərəminin Rabitə və İnformasiya Təhlükəsizliyi Şöbəsi, İmam Hüseynin (ə) Ərbəin ziyarətinə gələn zəvvarların sayını hesablamaq məqsədilə Kərbəla küçələrində süni intellektlə işləyən kameraların quraşdırılmasına başlayıb.
Xəbər sayı: 3498619 Nəşr tarixi : 2025/07/31
İQNA - İmam Əli (ə) Müqəddəs Hərəmi Ərbəin münasibətilə ziyarət yolunda ən böyük Quran fəaliyyəti sayılan Milli Quran Layihəsini 250 Quran müəssisəsinin iştirakı ilə həyata keçirməyə başlayıb.
Xəbər sayı: 3498610 Nəşr tarixi : 2025/07/29