IQNA

Birmenqam Quran nüsxəsi bütün bəşəriyyət üçün qiymətli bir xəzinədir

10:36 - November 05, 2017
Xəbər sayı: 3482345
BƏƏ-nin Şarcə şəhərində 36. beynəlxalq kitab sərgisində Quran-Kərimin ən qədim nüsxəsi sayılan "Birmenqam Quranı" müxtəlif ölkələrdən olan əlyazma nüsxə mütəxəssislərinin iştirakı ilə araşdırıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin Şarcə şəhərində 36. beynəlxalq kitab sərgisinin haşiyəsində keçirilən toplantıda Quran-Kərimin ən qədim və nadir əlyazma nüsxəsi sayılan "Birmenqam Quranı" müxtəlif ölkələrdən olan əlyazma nüsxələr üzrə mütəxəssislərin iştirakı ilə araşdırıldı və müzakirə edildi.

Bu toplantıda Səudiyyə Ərəbistanın əlyazma nüsxələr üzrə mütəxəssisi və yazar İbrahim Nəmlə, misirli tarixçi və əlyazma nüsxələr üzrə mütəxəssis Eymən Fuad Seyyid, İngiltərənin Birmenqam universitetinin xüsusi epkpanantlar şöbəsinin müdiri Suzan Vural və Birmenqam universitetinin kitabxanasında Orta Şərq Əlyazma Nüsxələr Kompleksinin (MİNGANA) fehrestyazma mütəxəssisi və nüsxə qiymətləndiricisi Nilam Hüseyn iştirak ediblər. Toplantı Misirin sabiq mədəniyyət naziri Əbdülvahid Nəbəvinin rəhbərliyi ilə keçirilib.

Radikarbon analizlərinin 95/4% dəqiqlik ilə nəticəsi göstərir ki, Birmenqam Quranının yazıldığı tarix 568 və 645-ci illərə təsadüf edir. Buna görə də bu nüsxə Quranın ən qədim əlyazma nüsxəsidir.

İngiltərənin Birmenqam universitetinin xüsusi epkpanantlar şöbəsinin müdiri Suzan Vural dedi: Bu nüsxə 2015-ci ilin İyul ayında universitetin qədim əlyazma sənədləri arasında kəşf edilib və yazılam tarixi xəlifə Osman ibn Əffanın zamanına aiddir.

O vurğuladı: Birmenqam universitetində Orta Şərqdən 3 min nüsxə əlyazma və nadir sənədlər vardır. Bu Quranın kəşfindən sonra isə universitetin kitabxanası dünyanın diqqət mərkəzindədir. Belə ki, bu ilin Oktyabr ayınadək bu nüsxə ümumi sərgidə saxlanılırdı və indiyədək doqquz min nəfərdən çox insan bu nüsxəni yaxından görə bilib.

Suzan Vural dedi: Bu qədimi nüsxə bütün bəşərin mədəni irsi və xəzinəsidir. Bu nüsxədən dinlər arasında beynəlxalq sülhün gücləndirilməsi üçün istifadə edilməlidir.

Qeyd edək ki, Birmenqam Quranın elektron nüsxəsi BƏƏ-nin Şarcə beynəlxalq kitab sərgisində nümayiş etdirilir. Bu sərgi cari həftənin üçüncü günü başlayıb və 10 gün davam edəcəkdir. Sərgidə dünyanın 60 ölkəsindən 1650 naşir iştirak edir.

http://iqna.ir/fa/news/3659753


captcha