IQNA

15:12 - March 09, 2021
Xəbər sayı: 3489431
Papa ilə Ayətullah Sistaninin görüşü müasir dünyada dialoqun əhəmiyyətini əks etdirir. Ayətullah Sistaninin dialoqa olan inamı onun təkcə əxlaq və sirəsində deyil, həm də fiqhi mərcəiyyətində kök salmışdır.

Az.shafaqna.com Əbülfəzl Fatehin məqaləsinin tam mətnini təqdim edir:

Allahın adı ilə

Dialoq və “hörmət qanunu” məktəbi

Ayətullah Sistani və şiə doktrinasında dialoqun qanuniliyinə yeni tərif

Bir islahatçının hikmət pərdələri

Yeni dünya nizamları ilə müasir dövrün siyasi, dini və mədəni elitası arasında kataqorik müqayisə aparmaq istədikdə istifadə edə biləcəyimiz mühüm indekslərdən biri də bir məktəbin “dialoq”a inanması və bunu mədəni və ictimai-siyasi nizamların yaxşılaşdırılması üçün istifadə edə bilməsidir.

Dialoq məktəbinə inananlar düşüncə və fəaliyyət dünyasına interaktiv baxırlar. Dialoqun daxilindən yeni bir dəyişikliyin doğulması barədə düşünürlər.

Dialoqa inananlar onun əqli məlumatına və rasional nəticələrinə vəfadardırlar və nəticə nə olursa, olsun yeni mövqedə dayanırlar. Sərbəst danışan kəs, asan da dinləyir. Burada ağıl hökm edir, məcburiyyət yoxdur. Bu paradiqmada dialoq strategiya və həll yolu kimidir, dialoq əsas yoldur və digər yollar sanəvidir.

Ayətullahın düşüncə və davranışındakı dialoqun təməli 

Papa ilə Ayətullah Sistaninin görüşü müasir dünyada dialoqun əhəmiyyətini əks etdirir. Ayətullah Sistaninin dialoqa və (irqindən və dinindən asılı olmayaraq sülh içində) birgə yaşayışa olan inamı onun təkcə əxlaq və sirəsində deyil, həm də fiqhi mərcəiyyətində kök salmış və parlamış və ona şiənin iftixarlı tarixində çox yüksək bir məqam vermişdir.

İraqın hadisə, münaqişə və boşluqlarla dolu cəmiyyəti Ayətullah Sistani məktəbinin fikri və ictimai tərəfləri ilə tanışdır.

İraq xalqı bunu təqlid mərcəsinin bütün dinlər, məzhəblər və tayfalardan olan hər kəsin hüquqlarını rəsmi tanımasında, İraqın poliqon cəmiyyətində hamının ölkənin taleyində müştərək rol ifa etməsini vurğulamasında, çoxluq azlığa diktatorluq etməsinə qarşı çıxmasında, dinlər və tayfaların barış içində birgə yaşamasını zəruri hesab etməsində, müxaliflərin etiraz etmək hüquqlarını tanımasında, partiya və mediaların azadlığına önəm verməsində, irqi və məzhəbi ixtilafların çoxalmasının qarşısını almağa çalışmasında, cəmiyyətin təbəqələrə bölünməsinin qarşısını almasında, ruhaniyyətin siyasətə birbaşa müdaxiləsindən uzaq qalmasında, dövlətin icrayi işlərinə birbaşa müdaxilə etməməsində və siyasi işlərin xırdalıqlarınacan müdaxilə etməməsində görüblər.

Ayətullahın bütün bu xüsusiyyətləri və siyasi, mədəni və ictimai həyatındakı bütün bu indekslər onun fiqhi yaradıcılığından, fiqhi qayqalara əsasən insan hüquqları və bəşəriyyətin müştərək maraqlarına sərgilədiyi yenilikçi nəzəriyyələrinin məhsuludur. O, bu baxışla bəzi fiqhi qaydaların strukturuna dinamiklik bağışlamışdır. Məsələn, Ayətullah Sistani “ilzam qaydası” (məsləhət) əsasında icazə verib ki, mömin müsəlmanlar bəzi istəklərinin həyata keçməsi üçün digər məzhəblərin qanunlarına istinad edə bilərlər, hətta o qanun öz məzhəbi tərəfindən təsdiq edilməmiş olsa belə.

Ayətullah Sistani bu məsələni “hörmət (ehtiram) qaydası” əsasında izah edir. Yəni digərlərin məzhəbi və dini qanunlarına hörmətlə yanaşmaq və düşüncə azadlığını tanımaq. Bu qaydaya əsasən hər bir dinin, məzhəbin və firqənin öz nikah qanunları var. Müşriklərin bir-biri ilə evlənməsi öz nikah qanunları əsasında doğrudur.

Ayətullah Sistaninin “Qərb ölkələrində yaşayanlar üçün fiqh qanunları” toplusu digər dinlərin və ölkələrin hüquqlarının qorunması barədə onun düşüncələrin sərgiləyən bir nümunədir.

Nəcəfin “Şareur-Rəsul” sakininin dialoq bacarığı

Papanın bu səfərinin hədəfləri barədə fikir bildirmək istəmirəm, bu, öz yerində araşdırılmalıdır. Xristian aləminin böhran yaşadığı bir zamanda Papanın İraqa səfər etməsini Vatikanın dünyagörüşü və kilsə mədəniyyəti tələbincə xristianlığı dünyanın hər bir yerində yaşatmaq çabası kimi dəyərləndirmək olar. Amma Papanı uzun və çətin bir səfərə vadar edən, özü də Nəcəfdə baş tutan bu tarixi görüşün köklərini Ayətullah Sistaninin düşüncə tərzi və intellektual görüşündə axtarmaq lazımdır ki, dünyanın gözünü özünə tikmişdir. Bunun nəticəsindədir ki, Ayətullahın vüqarı və əzəməti təkcə dialoqun mətninə deyil, hətta Papanın oturuşuna da təsir qoyur. Nəticədə bu görüşün müştərək bəyanatında ədalətsizlik, zülm, müharibə, iqtisadi sanksiyalar, işğalçılıq, xüsusilə də Fələstinin işğal edilməsi pislənir və insanların ədalətli bir cəmiyyətdə barış içində birgə yaşamaq hüquqlarının olduğu vurğulanır.

Əlbəttə kilsə rəhbərlərinin xristianlığı qorumaq üçün səfər etmələrinin qədim tarixi var. Onlar bundan öncə də İslam dininin rəhbərləri və böyükləri ilə görüşüblər və dinlərarası qarşılıqlı əlaqələrdən danışıblar. Bundan əlavə əhli-sünnə məzhəbinin də böyükləri şiə mərcələri ilə görüşmüş və məzhəblərarası yaxınlığın yaxşılaşdırılması üçün fəaliyyət göstərmişlər.

Şiəlik və cahanşümul doktrina

Şiələr dünyanın müxtəlif yerlərində pərakəndə və azlıqda yaşasalar da onların dini mərcəiyyəti var ki, şiəliyi tarixin müxtəlif böhranlarında qoruyub saxlayır. Papa ilə görüş də mərcəiyyətin siyasi nümayişi və mədəni özgöstərisi deyildi. Bu görüş qarmaqarışıq müasir dünyada şiəliyi dinlər və məzhəblər və mədəniyyətlər arasında rəsmiləşdirir və mərcəiyyətin şiəliyi qorumaq üçün yaratdığı doktrinanın bir hissəsidir. Bu dialoq və görüşlər şiə məzhəbi üçün digər məzhəblər və dinlər arasında qarşılıqlı hüquq yaradır.

Şiənin beynəlxalq cəmiyyətdə ədalət, insan hüquqları və digər məsələlərdə söz demək üçün Peyğəmbər sünnəsi və 14 məsumun sirəsindən qaynaqlanan 1400 illik bir doktrinası var. Və bu gün şiənin mərcəiyyəti həmin doktrinanı davam etdirir.

Bilməliyik ki, “dialoq” məşqi evdən başlayır. Əgər evdə dialoqun hörməti olmasa, dünyada necə bu məsələdə bayraqdar ola bilər? Əgər şiələr evdə azlıqların hüquqlarını qorumasalar, uzaq sərhədlərdə buna riayət edilməsini gözləyə bilərlər? Və nəzərə almalıyıq ki, təkcə şiələr deyil, müsəlmanların böyük bir hissəsi dünyanın müxtəlif guşələrində azlıqdadırlar və onların uzunömürlü olması və dinlərinin qorunması üçün düşümənliyik. İran, İraq, Misr və Ərəbistanda verilən bir çox siyasi qərarlar dünyanın müxtəlif yerlərində yaşayan miyonlarla müsəlmanın fərdi və ictimai həyatından təsirsiz ötüşmür. Tehran, Bağdad, Riyaz, Qahirə, Nəcəf, Qum və əl-Əzhərdə siyasi qərar və ya fətva verənlər güman etməsinlər ki, onların qərar və fətvalarının nüfuz dairəsi təkcə daxilidir və Afrika və ya qərb ölkələrində yaşayan müsəlmanların həyat taleyinə təsiri yoxdur.

Əlbəttə, bu gün dünyanı öz siyasi qüdrət pəncəsinə alanlar çalışacaqlar ki, dinlər, məzhəblər, mədəniyyətlər və millətlər arasında yaranmış həmrəylik və dialoqa zərbə vursunlar.

Dialoq şiə həyatının tamamlayıcısıdır

Bu görüşün digər ümidverici cəhəti budur ki, “xristianlıq və şiəlik dialoqu” tez və sürətlə bütün media və mədəniyyət dairələrində yayıldı. Bu, təkcə buna görə deyildi ki, media bunun yayılmasını istəyirdi və təbliğ etdi. Daha çox buna görə idi ki, bəşəriyyətin bu görüşə, bu dialoqa və buna əsaslanan prinsiplərə ehtiyacı var idi. Ayətullahın həqiqi mediası və bu görüşün yayılması səbəbi onun əqidəvi dünya görüşü və ona uyğun rəftarıdır, onun bu görüşdə müdrikanə və hikmətli davranış tərzidir. Onun ədəbli oturuşu, sadə həyat tərzi, ən kasıb insanlarla bir yerdə yaşaması, ürəyi, dili və bədən jestikasının eyniliyidir. Başqa bir məsələ onu bu görüşdə nə övladlarının, nə digər nüfuzlu ruhaninin və nə də heç bir siyasi məqamın müşayət etməməsidir.

Bu görüşdə digər əhəmiyyətli bir məsələ dünyanın hər yerində tanınmış və nüfuzlu şiələrin bu görüşə xoş baxması, xoş təfsir etməsi, bu barədə dərin elmi, siyasi və mədəni fikir bildirmələridir. Bu da dialoq mədəniyyətinin daha dərinləşməsi və daha dərin təsirə malik olmasına və şiə həyatının dünya miqyasnda davamlılığına və uzun ömür sürməsinə səbəb olacaqdır.

Bir islahatçının hikmət pərdələri

Unutmayaq ki, şiənin ürəyi İran və İraqda (Nəcəf və Qum) döyünür, buna görə də parçalnamaq qorunmaq və oyaq olmaq lazımdır. Xarici qüdrətlər şiələrin və müsəlmanların arasına ayrılıq salmaq istəyirlər. Mərcəiyyət çox dahicəsinə onların bu işinə icazə vermir. Ayətullahın ürəyi bütün bəşəriyyət, İslam, şiəlik və xarici işğalçıların zülmündən və daxili siyasətçilərin ləyaqətsizliyindən əzab və əziyyətdə olan İraq xalqı üçün döyünür. Onun baxış üfüqü bütün şiə dünyası və bütün bəşəriyyətdir. O, Qum və Tehran ilə rəqabət aparmır. O, 20 il öncə demişdi ki, “əgər İran yaxşı olsa, qəlbim şaddır və əgər İrandan pis bir xəbər gəlsə, ürəyim yaralanır”. O, Fars dilini o qədər sevir ki, Səddamın zamanında qızları üçün Fars dili müəlliməsi tutmuşdu ki, ana dillərini unutmasınlar.

İran və İraqın gələcəyi barədə indidən hansısa fikir yürütmək səgərdanlıq və afətdir. Gələcək aydındır, əgər hamı tərəfindən, xüsusi ilə də region rəhbərləri tərəfindən dialoq və tolerantlıq əsas prinsip hesab edilərsə. Ayətullahın bu barədəki dünyagörüşü və hikmətinin nəticəsi də zaman boyunca hamıya aydın olacaq.

Şiəliyin yumuşaq gücü: Dialoq

Ayətullah Sistani bu görüş ilə “ağıl, mətn (Quran və hədis), tarix və təcrübə”dən istifadə edərək proqressiv tərkiblə yeni bir ictihadi yol ortaya qoymuş oldu. Bu yol həm ağıla və məsləhətə etimada əsaslanır və həm də heç kim onunla mübarizə apara bilməz. Bu görüş Ayətullah Sistaninin dünyagörüşü məktəbində və İslami həyat tərzində yeni bir mərhələ idi. Bu görüşün insanlığa və sülhə verdiyi töhfələr barədə etdiklərimiz və eşitdiklərimizdən də daha çoxunu zaman aydınlaşdıracaq.

Bu hadisənin zaman və məkanı, bu hadisəni formalaşdıran şəxsiyyətlərin hər birinin özünəməxsus fərqlilikləri var idi və bu media əsrində və dünyanın gözü önündə baş verdi. Bu isə, “şiə doktrinası”na yeni bir məqam və yeni bir strategiya və qanunilik bağışladı.

Və bu böyük işi Ayətullah heç bir dövlət, hakimiyyət və qoşuna ehtiyacı olmadan həyata keçirdi və “əbədi islahatçı” kimi şiə məzhəbinin və ümmətin əzəmətini qorumaq missiyasını tarix və bəşəriyyət üçün yerinə yetidri.

Ümid edirəm ki, regionun evləri dağıdan boşluqlardan və yadların işğalından əzab çəkdiyi bir vaxtda daha yaxşı gələcək üçün bu mədəni fürsətdən istifadə edəcəyik.

Teqlər: Papa ، Ayətullah ، Nəcəf ، Qum ، dialoq
Ad:
E-poçt:
* Comment:
* captcha: