IQNA

Quran nə deyir? /2
15:12 - May 22, 2022
Xəbər sayı: 3492269
Allah insanı yaradıb onu yer üzündə canişin adlandırdıqda, mələklər Allaha insani fəzilətlərin inkarını ehtiva edən bir sual verdilər: "Orada fitnə-fəsad törədən birini təyin edirsən?" Allah cavab verdi: "Mən sizin bilmədiklərinizi bilirəm".

"Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: "Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam". Dedilər: "Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik." Allah buyurdu: "Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm." (Bəqərə surəsi, ayə 30).

Bəqərə surəsinin 30-cu ayəsi insanın yer üzündə Allah tərəfindən xilafətini (canişinliyini) elan edir və mələklər bu xilafət haqqında suallar verir və Allah da onlara cavab verir. Bu ayə insanın yaradılış sistemindəki mövqeyini, onun xüsusiyyətlərini, istedad və bacarıqlarını araşdıran, xilafətin və insanın yerə enməsinin həqiqətini və təsirlərini ifadə edən on ayənin başlanğıcıdır.

Bu ayənin sonunda Allah mələklərə belə xitab edir: "Mən sizin bilmədiklərinizi bilirəm". Bəs mələklərin bundan xəbərsiz olduğunu Allah haradan bildi? Bir çox təfsirçilər mələklərin bu çıxarışını ona bağlayırlar ki, yer üzündə əvvəllər mövcud olan və orada fəsad törətmiş varlıqlar var idi. "Məcməul-bəyan" təfsirində İbn Abbas və İbn Məsuddan nəql olunur ki, mələklər Adəmin (ə) günah etməyəcəyini bilirdilər. Lakin Allah onlara Adəm övladlarından bəzilərinin yer üzünü fəsad edəcəyini dediyi üçün belə bir sual verdilər. Əllamə Təbatəbai də mələklərin bu cür çıxarışlarının qəzəb və şəhvətin məcmusundan ibarət olan insanın dünyəviliyini bilmələrindən qaynaqlndığını hesab edir.

Lakin mələklərin bilmədiyi bu idi ki, insanın son kamilliyi Allahın xəlifəsi olmaqdır. Bunun da yolu dünya həyatından keçir. "Dünya axirətin əkin yeridir". Allahın xüsusi övliyaları da bu dünyaya gəlməzdən əvvəl ən yüksək dərəcələrə malik idilər. Bu dünyada da o yüksək dərəcələrə mütənasib olaraq Allah yolunda çətinliklərə dözmüş, əzmkarlıq nümayiş etdirmiş və bu dünyada könüllü olaraq həmin səlahiyyətləri qorumuşlar.

 

Ad:
E-poçt:
* Comment:
* captcha: