IQNA

Xoşbəxtliyə aparan yol

14:25 - August 19, 2022
Xəbər sayı: 3492752
İnsanlar həmişə xoşbəxtlik axtarır. O, bu xoşbəxtliyi gah fərddə, gah ailədə, gah da cəmiyyətdə görür. Bu yol bəzən insanlar üçün çox uzun və yorucu olur. Çünki hər hansı bir səydən əvvəl xoşbəxtlik anlayışı şüurda aydın şəkildə təsəvvür edilməlidir. Xoşbəxtliyin məntiqi zehniyyəti olmadan ona çatmağın yolunu başa düşmək olmaz.

Xoşbəxtlik insanların həmişə əldə etməyə çalışdığı bir məsələdir. Xoşbəxtliyə çatmaq üçün insan gah səy göstərir, gah da örnək axtarır. Ancaq xoşbəxtliyə nail olmaq üçün ilk addım onu ​​və onun lazımi tələblərini tanımaqdır.

Allah bu yolu insanlara Allahın Rəsulu Muhəmməd (s) vasitəsilə açıqlamışdır. “Əhqaf” surəsinin 9-cu ayəsində buyurur: "De: Mən peyğəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə nə edəcəyini bilmirəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!".

Həzrət Peyğəmbər (s) bu ayədə özünün dünya miqyasında uğur qazanmasına səbəb olan bütün təcrübələrini iki cümlə ilə bizə çatdırır və Buyurur: “Mən sizin və mənim aqibətimizi dünya və axirətdə bilmirəm”. Bəziləri elə zənn edir ki, Peyğəmbər və ya Məsum İmam (ə) gələcəkdə nə olacağını bilir və bu onların uğurunun səbəbidir. Halbuki bu belə deyil. Kimsə gələcək haqqında bilsə belə, bu elm onun xoşbəxtliyinə səbəb ola bilməz. Çünki o, öz biliyinin əksinə hərəkət edə bilər.

Zikr olunmuş ayədə Peyğəmbər (s) buyurur: “Mən ancaq mənə vəhy olunana tabe oluram”. Yəni mənim elmim ən dəqiq və ən doğru danışan Allah tərəfindəndir. Mən bu biliyə tam əməl edirəm və sizə də əmr edirəm ki, başqa yol seçməyin. Səmimi və çox açıq deyirəm ki, xoşbəxtlik və aramlığa gedən yeganə yol budur.

Əhəmiyyətli olan budur ki, vəhyə əməl etmək ilkin şərtlərə malikdir. O da bu yolla səadətə çatmağın yolunu bilməkdir. Şəriətdə əminlik əldə olunarsa və bu yolun xilas yolu olduğuna əmin olsaq, o zaman bacardığımız qədər çalışmalıyıq ki, bu səadətə yaxınlaşaq. İşin sonunu bilmək bu xoşbəxtliyə kömək etmir.

Onlar bundan xilas olmaq üçün gələcəkdə nə olacağını anlamağa çalışmadılar. Çünki bu məsələ lazımsız narahatlıq və təşviş gətirir. Həmçinin depressiya və sevincsizlik yaradır. Peyğəmbər (s) indiki vəzifəsinin nədən ibarət olduğunu bilmək istəyirdi. Yəni onun vəzifəsi nədir və bunu necə yerinə yetirməlidir?

Sanki biz həyatımızda problemlər, maneələr, zərərlər və kədərlərin olmamasını istəyirik. Amma Peyğəmbər (s) bir problemlə qarşılaşdıqda onu necə həll edə biləcəyini axtarırd. Onun həlli üçün bir planının olmasını istəyirdi.

Əslində, Peyğəmbər (s) dünyanı yaxşı tanıyırdı və həyatında problemlər olacağını və problemsiz bir həyatın mümkün olmadığını bilirdi. Buna görə də daima həyat problemlərinin həlli yollarını axtarır, öyrənir və ona əməl edirdi.

Buna görə də xoşbəxtliyin iki əsas və ümumi həlli var: Birincisi, xoşbəxtliyin həqiqi yolunu bilmək, ikincisi, bu biliklər əsasında hərəkət etməkdir.

3970202

Ad:
E-poçt:
* Comment:
captcha