IQNA

Elmin tərəqqisi Quranın astronomik ayələrinə xələl yetirmir

12:19 - August 23, 2022
Xəbər sayı: 3492780
Astronomiya elmi çox inkişaf etmişdir. Bu tərəqqi ilə yerin kainatın mərkəzi olduğu düşünüldüyü dövrdə nazil olmuş ayələr zərrə qədər də xələl görməmişdir.

Universitet ustadı Sədullah Nəsiri Qiydari “Quranda astrologiya” toplantısında Qurandakı astroloji ayələrlə bağlı bəzi məqamları açıqlayıb ki, bunları aşağıda oxuyacaqsınız:

Astrofizika və astronomiya mənim tədqiqat sahəmdir. Bu sahədə Quranda iki yüzə yaxın ayə var ki, bunlar astronomik ayələrdir. Bu ayələr təxminən 1400 il əvvəl İslam Peyğəmbərinə (s) nazil olmuşdur. Bu ayələr astronomların elmi işlərinin əsasını geosentrikliyin təşkil etdiyi astronomik dövrdə nazil olmuşdur. Bütün tədqiqatçılar Yerin kainatın mərkəzi olduğuna inanırdılar. Sonralar anladılar ki, yer günəşin ətrafında fırlanır.

Mənim təəssüratım belədir ki, bu iki yüz ayənin heç biri astrofizikaya və yeni tapıntılara zidd deyil. Nəzəri və müşahidə baxımından astronomiya çox inkişaf etmişdir. Bu tərəqqi ilə yerin kainatın mərkəzi olduğu düşünüldüyü dövrdə nazil olmuş ayələr zərrə qədər də xələl görməmişdir. Əgər o dövrdə Peyğəmbərin (s) günün astronomiyasından məlumatı olsaydı, astronomik ayələr geosentrik quruluş əsasında yazılmalı idi. O həzrət məktəbə getməyib və təhsil almamışdır. Astronomik ayələr bugünkü tapıntılarla ziddiyyət təşkil etmir. Ona görə də belə nəticəyə gəlirik ki, bu ayələr İslam Peyğəmbərinə (s) nazil olan ilahi vəhylərdir.

Quranın bəzi astronomik ayələri

Bu ayələrdən biri də “Yunis” surəsinin 5-ci ayəsidir ki, burada Allah-taala buyurur: "Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!"

"Ziya" özündən işıq saçan çıraq kimi bir cisimdir. Quranda bir yerdə deyilir ki, günəş çıraq kimidir. Bu, səhv deyil, çünki lampa bir növ enerjini, məsələn, nefti başqa bir enerjiyə çevirir. Günəş də eyni şeyi edir.

“Rəd” surəsinin ikinci ayəsində belə buyurulur: "Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına -qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!".

Bu gün biz bilirik ki, bu səma, səma cisimləri və milyardlarla qalaktikalar görünməyən sütunlar tərəfindən tutulur. Bu sütunlar ulduzların dayandığı, bizim görə bilmədiyimiz cazibə qüvvəsidir. Əgər yer və planetlər günəşin ətrafında fırlanırsa, bu cazibə qüvvəsi sayəsindədir. Buna görə də 1400 il əvvəl dəqiq və gözəl elmi ifadə var idi.

Bu gün kosmologiyada kainatın genişləndiyini bilirik. Bu məsələ Quranda kainatın daim genişləndiyi dəqiq şəkildə bildirilmişdir. 1929-cu ildə, yəni yüz ildən az əvvəl astronomlar bu məsələyə diqqət yetirdilər. Halbuki bu, Qurani-Kərimdə 1400 il əvvəl qeyd olunan məsələdir.

Qurani-Kərimin başqa bir ayəsində buyurulur: "Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salırıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan vəziyyətdə məhşərə gətirməyi vəd etmişdik. Biz onu mütləq edəcəyik)” (Ənbiya, 104). Burada deyilir ki, bir gün kainatı daraldıb ilk gündə yaratdığımız nöqtəyə çatdıracağıq.

Ona görə də elmi baxımdan Quranın astroloji ayələrinə nəzər sala bilərik. Həm müsəlman, həm də qeyri-müsəlman tədqiqatçı bu ayələrdən dərs ala bilər.

 4079072

Ad:
E-poçt:
* Comment:
captcha