IQNA

Qiyamət günündə insanın zahiri siması

11:27 - September 25, 2022
Xəbər sayı: 3492975
İnsanların maddi dünyada müxtəlif simaları var. Bəziləri çirkin, bəziləri isə gözəldir. Bu çirkinlik və ya gözəllik insanların iradəsi ilə deyil, Allahın iradəsi ilə formalaşmışdır. Amma insanın öldükdən sonra başqa bir həyatı olacağına inanan möminlərə görə insan yenidən qeyri-maddi bir həyata sahib olacaq. Lakin bu dəfə onun çirkinliyi və gözəlliyi öz əlindədir.

Müsəlman inancına görə, insan öldükdən sonra ikinci bir həyata sahib olur. Bu həyat onun bu dünyadakı həyatının nəticəsidir. Ona görə də insan qeyri-maddi surətdə başqa bir dünyada dirilir ki, onun dünyadakı hərəkətləri və davranışları hesablansın.

Rəvayətlərə görə, Qiyamət günü insan öz cavan görünüşünə qayıdacaq və dünyəvi əməllərinin qiymətləndirilməsini gözləyəcəkdir. Amma Qurani-Kərimin ayələrinə əsasən, Qiyamət günü insanların zahirinin başqa xüsusiyyətləri də olacaqdır. O xüsusiyyətlər ki, yaxşı insanları pislərdən fərqləndirir.

Qurani-Kərimin ayələrinə əsasən, qiyamət günü pis insanların və cəhənnəmə düçar olanların üzləri çox kədərli və qaranlıq olacaq. Sanki üzlərində bir hüzn dağı oturmuşdur və onlar çox ağlar və narahatdırlar. Əksinə, cənnət əhlinin üzləri çox ağ və parlaq və sevinclidir. Quran bir neçə ayədə bunu qeyd etmişdir. O, digər məsələlərlə yanaşı, “Qiyamət” surəsində belə buyurmuşdur: “Bəli, o gün üzlər şən və şaddır, Rəbbinə baxar” (Qiyamət, 22 və 23).

Bu ayə insana nemət və rifahın çoxluğu ilə gələn, izzət, gözəllik və parlaqlıqla birləşən bir növ şadlıqdan bəhs edir. Yəni üzlərinin rəngi onların vəziyyətindən, necə ilahi nemətə qərq olmalarından xəbər verir. Həqiqətən, bu, ona bənzəyir ki, “Mütəffifin” surəsinin 24-cü ayəsinə bənzəyir: “Onların simalarında nemətlərin şadlığını görürsən".

Onların müqabilində isə üzləri qaşqabaqlı və bir-birinə çəkilmiş bir dəstə var: “Onların üzləri isə qaşqabaqlı və bir-birinə çəkilmişdir” (Qiyamət, 24(.

Üzünün bir-birinə çəkilməsi ona görədir ki, insan iztirabın, əzabın və narahatlığın gəlməsini gözləyir. Onlar əzab əlamətlərini gördükdə narahat və qəmgin olur, üz-gözünü turşudurlar.

Odur ki, insanın həmin gündəki siması onun dünyadakı əməl və rəftarı əsasında formalaşır. Başqa sözlə desək, əgər insanın yaxşı əməlləri varsa, onun üzü gözəl, əks halda siması çirkin olar. Necə ki, Qurani-Kərimdə buyurulur: "Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!- deyiləcəkdir" (Ali-İmran, 106).

Ad:
E-poçt:
* Comment:
captcha