IQNA

Quran tilavəti sənəti / 12

Ustad Şəhhatın qiraətinin cazibəsi

20:23 - November 30, 2022
Xəbər sayı: 3493342
Mərhum misirli qari ustad Şəhhat Məhəmməd Ənvər xüsusi səsi və ustalıqla qiraətindən əlavə, şərəfli şəxsiyyətə malik idi. Onun qiraətləri tamaşaçılara aramlıq verirdi.

Mərhum ustad Şəhhat Məhəmməd Ənvər (1950-2008) öz valehedici qiraətləri ilə dünyada Quran tilavətinin gedişatını dəyişdi. O, öləndə 57 yaşında idi və ömrünün son 10 ilində xəstəlik səbəbindən qiraət edə bilməyib. Şəhhat Məhəmməd Ənvər Misir qiraətçilərinin qızıl nəslinin sonuncu qarisi olub.

Şəhhatın uğuru qüdrətli səsindən və muğamlara hakim olmasından daha çox, onun ləyaqətli, təvazökar və əxlaqlı şəxsiyyəti ilə əlaqədar idi. Şəhhat, Ğəlvəş, Mütəvəlli Əbdül-Al və s. elə qarilər idilər ki, onların səsi yarışlarda yer qazanmaq və maddi mənfəət üçün deyil, Allah-taalanın haqq mesajını cəmiyyətdə təbliğ etmək üçün istifadə olunurdu. Bu böyüklərin həyatına nəzər salmaq bizi Quran tilavətinin mənəvi irsinə daha çox diqqət yetirməyə və texniki baxımdan azğınlığın qarşısını ala bilər.

Şəhhat Ənvərin qiraətinin əhəmiyyətini səs və ahəng baxımından araşdırmaq olar. Səs və ahənglə yanaşı qiraətə hakim olan ruh, Şəhhat qiraətinin mənəviyyat və ağırlığı da araşdırıla bilər. Bu mənəviyyat onun qiraətinin qüvvət nöqtəsi hesablanır.

Şəhhatın səsindən başlayaq; Şimali Afrika və Qərbi Asiyanın dini xanəndələrinin və qiraətçilərinin səsi bəm, həcmli və güclüdür. Şərqi Asiyada isə səslər çox vaxt nazik və tenor olur. Ona görə də insanların zövqləri müxtəlifdir. Lakin bəzi səslər dünyanın bütün zövqlərini təmin edə bilir. Ustad Şəhhatın səsi belə idi. Şərqi Asiyadan tutmuş Qərbə qədər, hətta bütün dünya xalqlarının xoşuna gəlirdi. İki oktavalıq səs hündürlüyü, mülayim və cingiltili səs kimi xüsusiyyətlər Şəhhatın səsini xüsusi edirdi.

Şəhhatın qiraəti təqlid oluna bilir və axın yarada bilib. Şəhhatın qiraətləri insana xüsusi aramlıq verirdi.

Hər bir sənət əsəri sənətkarın ruhunun göstəricisidir. Məncə, Şəhhat ustadın qiraəti üzərində təfəkkür etsək, onun ləyaqətli şəxsiyyətində kök salmış xüsusi bir aramlıq, mətanət və mənəviyyat görərik.

Tarixə nəzər salsaq, 1979-1984-cü illərdə Misirdə sübh vaxtı ən çox qiraət edən ustadın Şəhhat olduğu bildirilir. Sübh vaxtı qiraət edən qiraətçisinin xüsusi səs hazırlığı və nizamı olmalıdır və həyatında mənəvi bir insan olmalıdır. Məsələn, axşam yeməyini tez yeyib, vaxtında yatmalı və s., bunlar peşəkar qiraətçi üçün çox vacibdir.

Ustadın “Qələm”, “Haqqə”, “Məaric”, “Nisa”, “Fatir” və “Ğafir” surələrinin tilavəti kimi bir sıra möhtəşəm qiraətləri sübh vaxtı (günəşin doğma vaxtı) icra olunub.

Ustad Şəhhat Ənvərin 1979-cu ildə “Ğafir” surəsinin sübh vaxtı etdiyi qiraəti Misir Radiosunda rəsmi və birbaşa yayımlanan ilk qiraəti idi və bu qiraətlə hamı Şəhhat tanıdı. Həmin qiraətə diqqət etsək, onun da maraqlı bir ahəng nöqtəsi var; Bu zaman o, Şeyx Səid Əz-Zənaninin qiraətlərindən təsirlənmişdi. Şəhhat sonralar daha müstəqil şəkildə oxudu.

Amma ton bölməsində Şəhhatın bəzi unikal xüsusiyyətlərini eşidirik. Bu da onu Misirin, Mahmud İsmayıl Şərif, Səid Əz-Zənani, Məhəmməd Əhməd Şəbib və Mahmud Həmdi Əz-Zamil kimi Şərq məktəbinin qiraətçilərindən fərqləndirir. O özəllik ondan ibarətdir ki, Şəhhat sözə uyğun səsi elə düzəldir ki, səlis qiraət eşidirsən. O, həm vokal, həm də instrumental musiqidə mahirdir.

Ad:
E-poçt:
* Comment:
captcha