iqna

IQNA

QƏZZƏ (İQNA) - Qüds Rum Pravoslav Kilsəsinin yepiskopu sionist rejimin çərşənbə axşamı Qəzza şəhərindəki mədəniyyət mərkəzinə hücumunu pisləyib.
Xəbər sayı: 3494946    Nəşr tarixi : 2023/11/02

QƏZZƏ (İQNA) - Fələstin Telekommunikasiya Şirkəti Paltel səhər saatlarında Qəzzə zolağında rabitə və internetin tamamilə kəsildiyini açıqlayıb.
Xəbər sayı: 3494945    Nəşr tarixi : 2023/11/01

QAHİRƏ (İQNA) – Əl-Əzhər öz bəyanatında Qəzzənin müdafiəsiz xalqının şücaətini tərifləyib.
Xəbər sayı: 3494943    Nəşr tarixi : 2023/11/01

Beynəlxalq Müsəlman Alimlər Birliyinin fətvası:
DOHA (IQNA) – Dünya Müsəlman Alimləri Birliyinin İctihad və Fətva Komitəsi “Müsəlman ölkələri hökumətlərinin Qəzzə müharibəsi barədə öhdəlikləri ilə bağlı fətvası” başlıqlı bəyanat yayaraq, belə bir açıqlama verib: "Fələstin hökuməti və müqavimət qruplarının hərbi müdaxilə və hərbi texnika ilə təmin edilməsi şərii vəzifədir".
Xəbər sayı: 3494942    Nəşr tarixi : 2023/11/01

LONDON (IQNA) – İngiltərənin Oksford şəhərindəki məscid Fələstin xalqına dəstək verdikdən sonra islamofob hücumun hədəfi olub.
Xəbər sayı: 3494941    Nəşr tarixi : 2023/10/31

QƏZZƏ (İQNA) - Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş Prokuroru Kərim Xan Qəzzəyə humanitar yardımla bağlı deyib: “Ən əsası, humanitar yardımların uşaqlara, qadınlara, kişilərə və mülki şəxslərə çatdırılmasının qarşısı alınmamalıdır. Onlar günahsızdırlar və beynəlxalq humanitar hüquqa görə hüquqlara malikdirlər.
Xəbər sayı: 3494935    Nəşr tarixi : 2023/10/30

TORONTO (İQNA) – Kanadanın Ontario ştatının London şəhərində yerləşən Western Universitetində müsəlman tələbələrə könüllü məsləhətçi vəzifəsində çalışan müsəlman din xadimi Fələstinlə bağlı açıqlamalarına görə vəzifəsindən uzaqlaşdırılıb.
Xəbər sayı: 3494926    Nəşr tarixi : 2023/10/28

İSTANBUL (İQNA) - UEFA Çempionlar Liqasının A qrupunun üçüncü həftə oyununda "Qalatasaray" "Bavariya"ya 3:1 hesabı ilə uduzub. Sarı-qırmızılı azarkeşlərin açdığı “Qüds qiblədir, Qüds meracdır” pankartı Rams Park stadionunda yadda qalıb.
Xəbər sayı: 3494915    Nəşr tarixi : 2023/10/25

QƏZZƏ (İQNA) - Sionist rejim qüvvələrinin Qəzza zolağında Xittin məscidinə hücumundan sonra oktyabrın 7-də başlayan müharibədən bəri dağıdılan məscidlərin sayı 33-ə yüksəlib.
Xəbər sayı: 3494914    Nəşr tarixi : 2023/10/25

QƏZZƏ (İQNA) - Qəzzə Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra şəhərdəki xəstəxanalardakı bütün generatorların 48 saat ərzində dayanacağını açıqlayıb.
Xəbər sayı: 3494910    Nəşr tarixi : 2023/10/24

TEHRAN (IQNA) - 9200 universitet ustadı sionist rejimin Əl-Müəmmədani xəstəxanasındakı cinayətinin pislənməsindən sonra bəyanat yayıb.
Xəbər sayı: 3494909    Nəşr tarixi : 2023/10/24

QƏZƏ (İQNA) - Oktyabrın 7-dən İsrailin blokada altındakı Qəzza zolağına həyata keçirdiyi hücumlarda 18 jurnalistin həyatını itirdiyi bildirilib.
Xəbər sayı: 3494906    Nəşr tarixi : 2023/10/23

QƏZZA (IQNA) – HƏMAS-ın siyasi ofisinin rəhbəri Qəzzədəki müharibənin düşmənin nəzarət edə bilməyəcəyi regional münaqişəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edərkən deyib: "İslam ümməti cümə günü nümayişlər keçirməklə və ya Fələstin sərhədlərinə doğru hərəkət etməklə bu haqsızlığa etiraz etməlidir".
Xəbər sayı: 3494890    Nəşr tarixi : 2023/10/20

QƏZZA (İQNA) - İşğalçı İsrail qüvvələrinin Qəzza zolağında məscidə hücum etdiyi, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Xəbər sayı: 3494888    Nəşr tarixi : 2023/10/19

QAHİRƏ (İQNA)- Misir prezidenti bildirib ki, sionist rejimin Qəzzada xəstəxananı bombalamaq və fələstin liləri qətlə yetirməkdə məqsədi Qəzza zolağında xalqı didərgin salmaqdır.
Xəbər sayı: 3494887    Nəşr tarixi : 2023/10/19

MADRİD (İQNA) - İspaniyalı nazir Belarra hökuməti Fələstin xalqına qarşı "planlı soyqırımı" səbəbilə İsraillə diplomatik əlaqələri dayandırmağa çağırıb.
Xəbər sayı: 3494886    Nəşr tarixi : 2023/10/19

QAHİR (İQNA) – Əl-Əzhər İslam Mərkəzi bütün İslam ümmətini bütün imkanlarından istifadə edərək məzlum Fələstin xalqının hüquqlarını müdafiə etməyə çağırıb.
Xəbər sayı: 3494885    Nəşr tarixi : 2023/10/19

CİDDƏ (İQNA) – İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrailin Qəzzada yüzlərlə insanın ölümünə səbəb olan Əl-Əhli Baptist Xəstəxanasına hücumunu “mütəşəkkil dövlət terroru” kimi qiymətləndirib.
Xəbər sayı: 3494884    Nəşr tarixi : 2023/10/18

ANKARA (İQNA) - Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin Qəzzada xəstəxananı bombalaması ilə bağlı "Bu vəhşi hücumları ən şiddətli şəkildə qınayırıq" deyib.
Xəbər sayı: 3494883    Nəşr tarixi : 2023/10/18

QƏZZA (İQNA) - İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını bombalaması nəticəsində 500 nəfərin öldüyü bildirilib.
Xəbər sayı: 3494880    Nəşr tarixi : 2023/10/18