IQNA

21:30 - October 14, 2020
Xəbər sayı: 3488366
Mərakeşdə hökmdarlıq etmiş 10-cu sultanı Əbul-Həsən Əli Mərini özü kitabət etdiyi Quran nüsxəsini müsəlmanların ilk qibləsinə sevgi və hörmətini elan etmək hədəfi ilə əl-Əqsa məscidinə hədiyyə edib.

Tehran (IQNA)  - Mərinilər sülaləsinin Mərakeşdə hökmdarlıq etmiş 10-cu sultanı Əbul-Həsən Əli Mərinin öz şəxsi kitabxanasındakı qədim və tarixi Quran nüsxəsini Fələstin xalqına və müsəlmanların ilk qibləsinə sevgi və hörmətini elan etmək hədəfi ilə əl-Əqsa məscidinə hədiyyə edib.

Bu əlyazma Quran nüsxəsi əl-Əqsa məscidində "Mərakeşin sandıqlı Müshəfi" adlı bir sandıqda saxlanılır.  

Hicri-Qəməri tarixi ilə 731-749-cu illərdə əslən Bərbər tayfalarından olan Əmirul-Müslimin əl-Mənsurbillah Əbul-Həsən Əli ibn Osman bin Yəqub Mərini qərar alır ki, Əqsa məscidində özündən bir iz qoyub getsin. Buna görə də öz dəstxətti ilə o dövrdə digər əlyazmalarla müqayisədə bənzərsiz olan bir Müshəf kitabət edir.

Bu tarixi mədəniyyət və incəsənət əsəri indiyədək İslamın və Mərakeşin nadir incəsənət və mədəniyyət əsərlərindən sayılır və həm də müsəlmanların Qüdsə və Əqsa məscidinə eşqini tərrənnüm edir.   

Bu Quran nüsxəsi bir neçə hissədə yazıldığı üçün Quranın saxlanıldığı sandıq da bir neçə hissəyə bölünüb ki, cüzlər və vəqfnamələr hər birisi ayrılıqda sandığa yerləşdirilə bilsin.

Sandıqda olan vəqfnaməyə əsasən bu Quran nüsxəsi miladi tarixlə 1344-cü ildə Sultan Əbul-Həsən Mərini tərəfindən kitab edilmişdir.

Qeyd edək ki, Mərini savadlı, gözəl əxlaqa və elmə malik, zahir bir padşah olmuşdur. O, gözəl yazı yazmaq və hüsnxətti ilə tanınıb. Hakimiyyəti zamanında Şimali Afrika, Andalusiya və Trablosda vəhdət yaradıb, elmi mərkəzlər, təhsil ocaqları, məscid və mədrəsələr tikdirib.

Qədimdə bir-birilə diplomatik əlaqələri olan müsəlman ölkələri bir-birinə nəfis Quran nüsxələri hədiyyə edərmişlər. Sultan Əbul-Həsən Mərini öz xətti ilə yazdığı üç nüsxə Qurani-Kərimi Misrin məmluku Sultan Nasir Məhəmməd bin Mənsur Qalavuna hədiyyə etmişdi. O da həmin Quranların bir nüsxəsini Məscidul-Hərama, bir nüsxəsini Mədinə məscidinə və digər nüsxəsini də Əqsa məscidinə hədiyyə göndərmişdi. Həmin üç nüsxədən təkcə Əqsa məscidindəki nüsxənin bir hissəsi hazırda mövcuddur.

Bu nüsxənin üzərində fələstinli araşdırmaçı xanım Səmər Nəmr Bəkirat 2020-ci ildə akademik araşdırma aparıb və həmin nüsxəni "codicology" elminə əsaslanaraq maddi və mədəni baxımdan analiz edib.

Xanım Bəkiratın açıqlmasına görə, bu nüsxənin yaxşı qalmasında saxlanıldığı qədim sandığın əhəmiyyətli təsiri olub. Bundan əlavə ayələr dəri üzərində yazıldığı üçün aradan getməyib və salamat qalıb.  

Bu nüsxənin itmiş 5 hissəsi Osmanlı dövründə, 1807-ci ildə Hacı Mübarək ibn Əbdürrəhman Maliki tərəfindən yenidən yazılıb.

Müshəfin 30-cu cüzi 1932-ci ildə yoxa çıxıb və tapılmayıb. Buna görə də hazırda Əbul-Həsən Mərininin öz xətti ilə yazdığı Qurandan təkcə 24 cüz qalıb.

Bu Müshəfdə surələrin əvvəli və axırı Kufi xətti ilə və əsas mətni isə sadə Mərakeşi xətti ilə kitabət edilib. Səhifələrin haşiyələri gül-çiçək şəkilləri ilə bəzədilib.  /3928760

Ad:
E-poçt:
* Comment:
* captcha: