IQNA

Quran surələri / 45

"Casiyə" surəsində qiyamət gününün aydın təsviri

21:01 - December 06, 2022
Xəbər sayı: 3493377
Ölümdən sonrakı dünya tanınmamış bir dünyadır. Səmavi və dini kitablarda bu haqda söhbətlər olsa da, bəziləri bunu inkar edir. Bunların qədim hekayətlər və əfsanələr olduğunu düşünürlər. Halbuki Quran müxtəlif surələrdə ölümdən sonra dünyanın aydın mənzərəsini təqdim etmişdir.

Qurani-Kərimin 45-ci surəsi “Casiyə” adlanır. 37 ayədən ibarət bu surə iyirmi beşinci cüzdə yerləşdirilmişdir. Məkkə surəsi olan bu surə Peyğəmbərə (s) nazil olan 65-ci surədir.

Bu surənin 28-ci ayəsində çoxlu insanların əməl dəftərlərini almaq üçün qiyamət günü diz çökəcəyindən bəhs edildiyi üçün bu surə “Casiyə” adlanır. “Casiyə” lüğətdə diz çökmək mənasınadır.

Bu surənin məqsədi bütün bəşəriyyəti tövhid dininə dəvət etməkdir. “Casiyə” surəsi əvvəlcə tövhid məsələsi ilə başlayır. Daha sonra nübüvvət məsələsinə işarə edir və peyğəmbərlərə tabe olmağı vurğulayır.

O, Allahın ayə və nişanələrini inkar edən təkəbbürlüləri də şiddətlə xəbərdar etmiş və hədələmişdir. Həmçinin öz xətalarını bilə-bilə nəfslərinə ibadət edənlərə xəbərdarlıq edir.

“Casiyə” surəsi bizim üçün müşriklərin islami dəvətlə üz-üzə qaldıqları zamanki hallarını, onların bu dəvətin səbəb və əlamətləri ilə üzləşmə üsullarını, islami dəvətin həqiqətləri və məsələlərinə qarşı durmaqda inadkarlıqlarını və onlara tam bağlılıqlarını təsvir edir.

Casiyə” surəsi insanları Allaha dəvət edir. Bu surə insanları ağıl və dəlillə bu həqiqətlərə çağırır ki, bu da bəzən təhdid və təşviqlə müşayiət olunur.

Bu surə nübüvvət məsələsi, iman və tövhidin səbəblərini qeyd etməklə başlayıb, ilahi izzət, Allahın göylərdə və yerdə olan nişanələrinin ifadəsi, insanın və digər məxluqatın yaradılması ilə davam edir.

Davamında qürurdan ilahi ayələrə məhəl qoymayan və onları inkar edən bir qrup günahkardan bəhs edilir. Bu surədə onların Qiyamət günü cəzalarının cəhənnəm və ağrılı əzab olacağı vurğulanır.

Halbuki o, Allahın yerdə və göydə bəzi başqa əlamətlərini bəyan etməklə onlara hidayət yolunu açır və onları düşünməyə sövq edir və sonda qiyamətə işarə edərək inkar edənləri hədələyir.

Bu surədə qiyamət hiss olunacaq şəkildə təqdim olunur. Biz görürük ki, bütün qruplar öz əməllərinin araşdırılmasını və hesablanmasını gözləyirlər. Onlar öz əməl dəftərlərini alırlar. Hər şey orada qeyd olunub. Sonra müxtəlif millətləri iki kateqoriyaya ayırır; Bir dəstə Allahın rəhmətindən bəhrələnən saleh möminlərdir. Digər dəstə isə rüsvayçılıq və məzəmmətlə üz-üzə qalan bir qrup günahkar kafirlərdir ki, onların yeri oddur.

Oxşar xəbərlər
captcha