IQNA

Quran surələri /7

"Ənam" surəsi İslamın əqidə və şəriətinin ətraflı şəkildə elanıdır

8:39 - June 06, 2022
Xəbər sayı: 3492354
"Ənam" surəsi İbrahimin (ə) hekayəsinə və onun övladlarının peyğəmbərliyinə işarə edərək, İslam dinini əvvəlki peyğəmbərlərin yolunun və hədəflərinin davamı kimi tanıtdırır.

Qurani-Kərimin altıncı surəsinin adı heyvanlar mənasınadır. Bu surə 165 ayədən ibarətdir. Yeddinci və səkkizinci cüzlərdə qərar tutmuşdur. "Ənam" surəsi nazil olma sırasına görə İslam Peyğəmbərinə (s) nazil olan əlli beşinci surədir və Məkkədə nazil olmuşdur. Məkkə surələrində Üsuliddinin, yəni tövhid, peyğəmbərlik və məad prinsiplərinin izahı daha çox təkrarlanır.

"Ənam" surəsi bütün ayələri bir yerdə Peyğəmbərə (s) nazil olan surələrdəndir. Həmd-səna ilə başladığı üçün "Hamidat" surələrindəndir.

Bu surənin "Ənam" adlandırılmasının səbəbi on beş ayəsində mal-qaradan bəhs edilməsidir. Bu surə mal-qara, inək, qoyun, dəvə və keçi kimi ev heyvanlarına aiddir.

Bu surənin əsas məqsədi tövhidi bəyan etmək, insan və bütün aləmlər üçün tək Allahı sübut etməkdir. Bu məqsədlə bu surədə İbrahim (ə) peyğəmbərin kafirlərlə ulduzlara, aya və günəşə ibadət etməyin puç olması haqqında söhbəti qeyd edilmişdir. Bu əhvalatın bəyanından sonra Allah-taala İshaqın (ə), Yəqubun (ə) və İbrahimin (ə) digər nəslinin peyğəmbərliyi ilə bağlı istəyinin qəbul edilməsini qeyd edir. Bu münasibətlə surənin bu hissəsində peyğəmbərlərin çoxlu adlarını (17 ad) gətirir. Sonra bütün o ilahi peyğəmbərlərin varisi və davamçısı kimi İslam Peyğəmbərinə (s) müraciət edir. Həmçinin ondan İslama çağırışının milli və etnik olmadığını, bütün dünyaya ünvanlandığını bəyan etməsini istəyir.

"Ənam" surəsi İslamın əqidə və şəriətinin ətraflı elanıdır. Bu surə mövqenin elanı, İslama və Allaha qarşı çıxanların şübhə və etirazlarına cavabdır. İslam Peyğəmbəri (s) bu surə vasitəsilə cavabları bəyan edir. Bu surədə "Qul", (de mənasındadır) felinin 44 dəfə təkrarlanması ardıcıl şübhələrlə üzləşməyə vurğudur ki, müşriklərə və tövhid, peyğəmbərlik və qiyamət əleyhdarlarına qarşı dəlil kimi gətirilmişdir. Quranın insan əqidəsini, xüsusən də üluhiyyət və übudiyyətlə bağlı islah etmək üçün davamlı səyi bu surədə göstərilir.

Oxşar xəbərlər
captcha