IQNA

Quran surələri / 29

Hörümçək evinə güvənmək yalançı tanrılara ibadət etməyə bənzədilir

10:45 - September 04, 2022
Xəbər sayı: 3492858
Bir çox peyğəmbərlər yalançı tanrıların dəyərsizliyini göstərməyə çalışsalar da, öz ardıcıllarının inadkarlığı ilə qarşılaşdılar. "Ənkəbut" surəsi gözəl bir bənzətmə ilə zəlalətə düşənlərin inancını hörümçək evinə güvənməklə müqayisə edir.

Qurani-Kərimin iyirmi doqquzuncu surəsi "Ənkbut" adlanır. 69 ayədən ibarət olan bu surə Qurani-Kərimin 20 və 21-ci cüzlərində yer alıb. "Ənkəbut" Məkkə surələrindən biridir və İslam Peyğəmbərinə (s) nazil olan səksən beşinci surədir.

41-ci ayədə bu həşəratın adı çəkildiyi üçün bu surəyə Hörümçək deyilir. Bu ayədə kafirlərin bütpərəstliyi zəif hörümçək toruna söykənməyə bənzədilir: "Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! (Hörümçək toru möhkəm olmayıb adicə bir yel nəticəsində dağıldığı kimi, onların bu dostlarının da heç bir etibarı yoxdur. Bərk ayaqda onları qoyub qaçarlar)".

Bu ayənin təfsirində bildirilir ki, Allah kafirlərin tapındıqları bütləri hörümçək evinə bənzətdi ki, bu bütlərin öz ardıcıllarına heç bir faydası olmadığını, insanları bəlalardan və sıxıntılardan qoruya bilmədiyini çatdırsın.

Bu surənin başlanğıc hissəsi imtahan məsələsi və münafiqlərin vəziyyəti haqqındadır. İlahi imtahanlardan başqa bir şeylə münafiqləri tanımağın mümkün olmadığı üçün bu iki məsələ bir-biri ilə bağlıdır.

Surənin digər hissəsi isə müşriklərə və İslam düşmənlərinə zülm etdiyi üçün İslam Peyğəmbərinə (s) təsəlli vermək idi. Ona görə də bu surədə zalımlara qarşı çıxan Nuh (ə), İbrahim (ə), Lut (ə), Şüeyb (ə) kimi böyük peyğəmbərlərin taleyindən bəhs edilir.

Bu surənin başqa bir hissəsində tövhid və Allahın yaradılış aləmindəki əlamətləri və şirklə mübarizədən bəhs edilir. İnsanların vicdan və fitrətini burada hökm etməyə çağırır.

Son hissə isə yalançı tanrıların zəifliyindən və acizliyindən bəhs edir. Görünüşündə sərt və dözümlü olsalar da, istəklərini yerinə yetirə bilmirlər, çətinlik və problemlər qarşısında duruş gətirə bilmirlər. Digər tərəfdən, Quranın əzəmətindən və İslam Peyğəmbərinin (s) doğruluğunun dəlillərindən bəhs edir.

Oxşar xəbərlər
captcha