IQNA

Quran surələri / 28

Var-dövlətin və qüdrətin Allahın qarşısında məğlubiyyəti

13:48 - August 28, 2022
Xəbər sayı: 3492815
Tarix boyu müxtəlif cərəyanlar öz qüdrətinə və ya sərvətinə arxalanaraq ilahi cərəyana qarşı durmağa çalışmışlar. Lakin təcrübə göstərir ki, nə zalımların gücü, nə də zənginlərin sərvəti ilahi qüvvəyə tab gətirə bilməz.

Quranın iyirmi səkkizinci surəsi Qəsəs adlanır. Bu Məkkədə nazil olan surə Peyğəmbərə (s) nazil olan 49-cu surədir. 88 ayədən ibarət “Qəsəs” surəsi Quranın 20-ci cüzündə yer alıb.

Bu surənin “Qəsəs” adlandırılmasının səbəbi bəzi peyğəmbərlərlə bağlı olan əhvalatlardan bəhs edilməsidir. Musa peyğəmbərin (ə) doğulması, onun Şüeybin (ə) qızı ilə evlənməsi, Musanın (ə) Fironla döyüşü, Qarunun əhvalatı və Məkkə müşriklərinin Peyğəmbərə (s) inanmamaq üçün bəhanələri “Qəsəs” surəsində bəhs edilən mövzulardandır.

Əllamə Təbatəbai “Qəsəs” surəsinin əsas məqsədini Mədinəyə hicrət etməmişdən əvvəl Məkkədə kiçik bir qrup olan və ən çətin şəraitdə yaşayan möminlərə qələbə vədinin veilməsi bilir. Həmçinin Allahın onlara minnət qoyub zamanın fironlarına qalib gələrək yer üzündə onlara qüdrət verməsi hesab etmişdir. Bu məqsədlə o, Musanın (ə) anadan olmasından Firon üzərində qələbəyə qədər olan əhvalatını nəql edir.

Müsəlmanların məşəqqətli və əzab-əziyyət dövründə nazil olan bu surə onların həyatını İsrail övladlarının Fironla müharibələrindəki çətinlikləri ilə müqayisə edir. Həmçinin onlara qələbə, zalımların məğlubiyyəti və yer üzünün varisliyini vəd edir.

Bu surədə Musa peyğəmbərin (ə) anadan olmasından onun peyğəmbərliyinə, Fironla mübarizəsinə və İsrail övladlarını xilas etməsinə qədər, Qarunun zülmündən və onun acı taleyindən bəhs edilir.

“Qəsəs” surəsinin başqa bir yerində öz elminə və malına güvənərək qürurlanan və Firon kimi taleyə düçar olan Qarunun əhvalatını nəql etmişdir. "Nümunə" təfsirinin nəzərində Firon və Qarunun Musanın (ə) qarşısında məhv edilməsi əhvalatının bəyan edilməsi Məkkə müsəlmanları üçün bunu aydınlaşdırır ki, nə Məkkə zənginləri, nə də qüdrətli müşrikləri məzlumların qələbəsi üçün Allahın iradəsi ilə üz-üzə durmaq imkanına sahib deyildirlər.

Bu surənin bəzi hissələrində tövhid və məad dərslərindən, Quranın əhəmiyyətindən, Qiyamət günü müşriklərin vəziyyətindən, hidayət və zəlalət məsələsindən, zəif insanların Peyğəmbərə (s) iman gətirməmək bəhanələrinə verilən cavablardan bəhs etmişdir.

Oxşar xəbərlər
captcha