IQNA

Quran surələri /8

"Ənfal surəsi" İslamda cihadın əsl mənasını bəyan edir

17:06 - June 08, 2022
Xəbər sayı: 3492369
Dünyada ifratçı qrupların meydana çıxması və bu qrupların İslam adından sui-istifadə etməsi səbəbindən cihadın mənası və məfhumu müharibə, zorakılıq, qətl kimi sözlərlə əlaqələndirilir. Bir halda ki, İslam dini həmişə sülh və əmin-amanlığa önəm verir. Bununla belə, təcavüzkarlara qarşı cihad etməyi zəruri hesab edir.

Qurani-Kərimin səkkizinci surəsinin adı "Ənfal"dır. Bu surə Mədinədə nazil olmuş surədir və 75 ayəsi var. Quranın 9-cu və 10-cu cüzlərində yerləşir. "Ənfal" sözünün mənası qənimət deməkdir. Bu surənin bu adla adlandırılması birinci ayədə bu sözün işlədilməsi və onun hökmlərinin ifadəsi ilə bağlıdır. "Ənfal" surəsində Ənfalın fiqhi hökmləri və ictimai mal-dövlət, xüms, cihad, mücahidlərin vəzifələri, məhbuslarla rəftar, döyüş hazırlığının zəruriliyi və möminin əlamətlərinə işarə edilir.

Bu surə müsəlmanların müşriklərlə birinci müharibəsindən, yəni Bədr döyüşündən sonra nazil olmuşdur.
Müsəlmanların ilk cihadı olan Bədr döyüşü kimi mühüm hadisə, əsirlərlə rəftar və qənimətlərin bölüşdürülməsi kimi müharibə və onun nəticələri ilə bağlı göstərişlərə ehtiyaclıdır.

"Əgər onlar sülh və barışığa meyl göstərsələr, sən də ona meyl et və Allaha təvəkkül et ki, şübhəsiz Odur eşidən və bilən! (Ənfal, ayə 61). Sülh ayəsi olaraq bilinən bu ifadələr, qeyd-şərtsiz olaraq müharibədə pasifizmin əksinə olaraq sülhə işarə edir ki, bu da onun əhəmiyyətini göstərir.

Bu ayə göstərir ki, İslam müharibəni öz prinsipinə çevirmir və imkan daxilində sülhə can atır. Əlbəttə ki, Quranın digər ayələrində də müsəlmanların bu yanaşmasından düşmənlərin sui-istifadə etmə yolundan bəhs edilir.

"Ənfal" surəsinin əsas məqsədi möminlərin Allahın qeybi köməyindən istifadə etmələrinin şərtlərini bəyan etməkdir ki, bunun da ən mühüm şərti Allaha və Peyğəmbərinə itaətdir. Bu itaət və Allahın əmrinə itaətsizliyin nəticələrinə də işarə edir. O, həmçinin vurğulayır ki, Allah Öz vədlərinə mütləq əməl edəcək.
Bu surədə döyüşün zəruriliyi, istənilən vaxt və məkanda cihada siyasi və ictimai hazırlıq kimi məsələlər vurğulanır. Müharibə hökmləri ilə yanaşı, müsəlmanlar arasında digər maliyyə məsələlərini də nəzərdən keçirmişdir.

İslam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrət etməsi bu surədə bəhs edilən başqa bir mövzudur. Bu surədə Allah rizası üçün, Allaha və Peyğəmbərə təvəkkül edərək hicrət edən insanlar da tərif edilmişdir.

Oxşar xəbərlər
captcha