IQNA

Quran Surələri /20

Taha surəsi Quranın rəhbərlik və idarəetmə prinsiplərinə ümumi baxışdır

18:46 - July 26, 2022
Xəbər sayı: 3492615
Qurani-Kərimdə dəfələrlə bəhs edilən hekayələrdən biri də Həzrət Musanın (ə) hekayəsidir. Taha surəsi Həzrət Musa (ə) ilə bağlı surələrdən biridir. Bu surədə bu ilahi peyğəmbərin, xüsusən də fironla üz-üzə qaldığı zaman idarə və rəhbərlik növünü görə bilərsiniz.

Taha surəsi Quranın rəhbərlik və idarəetmə prinsiplərinə ümumi baxışdırQurani-Kərimin 20-ci surəsi "Taha" adlanır. 135 ayədən ibarət olan bu surə 16-cı cüzdə qərar tutmuşdur. Taha surəsi Məkkə surələrindən biridir və Peyğəmbərə (s) nazil olan 45-ci surədir.

Taha surəsinin əhəmiyyətli bir hissəsi Musa peyğəmbər (ə) və onun qardaşı Harunun (ə) hekayətinə həsr edilmişdir. Həmçinin Həzrət Adəm (ə) və onun cənnətdən qovulması məsələsi müzakirə olunub.

Bu mövzulardan əlavə, mənşə və qiyamətə, tövhid etiqadının nəticələrinə işarə edir. Hər şeydə mötədilliyə önəm verir. Quranın əzəmətinə, Allahın cəlal və camal sifətlərinin bəzisinə işarə edir.

Musa peyğəmbərin (ə) əhvalatı müxtəlif surələrdə qeyd olunur və bu hekayənin müxtəlif cəhətlərindən bəhs edilir. "Taha" surəsində həzrət Musanın (ə) hekayəti başqa bir cəhətdən bəhs edilir. Burada daha çox Musanın (ə) idarə etmə və rəhbərliyini müşahidə etmək olar.

Həzrət Musanın idarəçiliyində ilk məqam Allahdan kömək istəməkdir. Musa ilahi məsuliyyəti öz üzərinə götürəndə və fironun yanına getməli olanda Allaha belə müraciət etdi: "O dedi: Ya Rəbb, sinəmi aç; İşimi mənim üçün asanlaşdır!" (Taha, 25 və 26).

İkinci nöqtə zəif və güclü tərəflərinizi tapmaqdır. Görünür, idarəçilik və rəhbərlik məsələsində insan ilk növbədə özünü qiymətləndirmək, çatışmazlıqları aradan qaldırmağa çalışmalıdır. Buna görə də Musa Allahdan istədi: "Dilimi də aç; Sözümü başa düşsünlər" (Taha, 27 və 28).

Təbliğ və təsirli işin vurğulanması Musanın (ə) qeyd etdiyi və Allahdan dilədiyi başqa bir məsələdir ki, istəyir nitqi hər kəsin anlaya bildiyi tərzdə olsun.

Həzrət Musanın (ə) idarə və rəhbərliyində komanda işi çox vacibdir. Xüsusilə komanda formalaşdırmaqla qüsur və çatışmazlıqları aradan qaldırmaq istəyir. Həmçinin məsuliyyətini yerinə uetirmək üçün tam bir komanda hazırlanmasını istəyir. Musa (ə) bu komandanı qurmaq üçün qardaşı Harunu (ə) seçir. Çünki o, onun ləyaqət və bacarığından xəbərdardır.

 

Oxşar xəbərlər
captcha