IQNA

Quran surələri / 22

“Həcc” surəsi Allah haqqında lazımsız mübahisələr etməkdən çəkindirir

23:11 - August 02, 2022
Xəbər sayı: 3492659
Allah Qurani-Kərimdə dəfələrlə iddiaçılara meydan oxuyub. Onlar ya kafir olub Allahı qəbul etmirdilər və ya bütləri yerin və göyün tanrısı hesab edirdilər. Allah onları yarışmağa dəvət edir. Onlardan bir zərrə yaratmalarını və ya Quran kimi bir ayə gətirmələrini istəyir. Lakin heç kim bu dəvəti qəbul edə bilmədi.

“Həcc” surəsi Quranın iyirmi ikinci və Mədinədə nazil olan surələrindən biridir. 17-ci cüzdədir və 78 ayəsi var. Allah Rəsuluna (s) nazil olan yüz üçüncü surədir.

“Həcc” sözü lüğətdə bir işi görməyə niyyət etmək deməkdir. Lakin İslam şəriətində bu, hər il Məkkədə keçirilən xüsusi mərasimə aiddir. Bu surənin təxminən on üç ayəsi (25-dən 37-ci ayələrə qədər) Kəbədən və onun tarixindən, həccin siyasi və ictimai təsirlərindən bəhs etdiyi üçün bu surə “Həcc” adlanır.

“Həcc” surəsi qiyamətin əzəmətini bütün insanlar üçün xatırlatmaqla və ondan dəhşətli bir mənzərə çəkməklə başlayır. Necə ki, buyurur: “Ey insanlar, Rəbbinizdən qorxun, həqiqətən, qiyamətin zəlzələsi çox böyük bir şeydir” (Həcc, 1).

Bu surənin ümumi məzmunu möminlərin və kafir qrupların xüsusiyyətlərini və taleyini vəsf edir: Birinci qrup kafirlər o kəslərdir ki, Allahın sifətləri və işləri haqqında heç bir məlumatı olmadan mübahisə edir və hər bir azğın şeytana tabe olurlar. Sonda isə, həmin şeytan onları od əzabına tərəf şəkir.

İkinci qrup da elmsiz, heç bir hidayət və maarifləndirici kitab olmadan başqalarını doğru yoldan azdırmaq üçün Allah haqqında mübahisəyə başlayırlar. Müşriklərin başçıları olan bunlar axirətdə zəlil və xar olacaqlar.

Üçüncü qrup da Allahı zahirdə və dildə ibadət edirlər. Elə ki, müjdə aldıqda rahatlıq tapır, müsibət üz verəndə isə Allahdan üz döndərirlər. Bu dəstə də həm dünyada və həm axirətdə ziyana uğrayanlardır. Bu üç dəstənin qarşısında möminlər var ki, Allah-taala onları sonda xeyirli yerə çatdıracaq.

Həmçinin bu surədə tövhidin vəsfinə və tək Allaha ibadət etməyin vacibliyinə işarə olunur. Habelə şirk etmək və onun mənfi nəticələri haqqında xəbərdarlıq edilir. Qiyamətin qətiyyətlə baş verəcəyi və onun dəhşətli zəlzələsi barədə danışılır. Həccin fiqhi aspektləri, düşmənlərə qarşı cihad, Namaz və onun Allahla əlaqəsi, zəkat və digər mali hüquqlar, əmr be məruf və nəhy əz münkər kimi bəzi furuiddin məsələləri bəhs edilmişdir.

Allaha təvəkkül və etimad, günah və Allaha asilikdən çəkindirmək, təqvaya bağlılıq, saleh əməl və Allahın köməyi kimi bəzi əxlaqi dəyərlərin izahı da bu surənin digər mövzularındandır.

Oxşar xəbərlər
captcha