IQNA

Quran surələri /1

Quranda ilahi rəhmətin iki cəhəti vəsf olunub

20:27 - April 04, 2022
Xəbər sayı: 3492010
İlahi rəhmət Quranda iki Rəhman və Rəhim kəlməsi ilə ifadə edilmişdir. Bu iki söz arasındakı semantik fərqdə Quran təfsirçiləri tərəfindən nəzərə alınan maraqlı məqamlar vardır.

Həmd surəsi Quranın ilk surəsidir və ona "Quranın anası" deyilmişdir. Həmd surəsi həm də Quranın ən üstün və ən dəyərli surəsi hesab olunur. Çünki Allah "Hicr" surəsinin 87-ci ayəsində onu böyük Qurana bərabər hesab etmişdir. Namazda "Həmd" surəsi oxunmalıdır və onun yerinə başqa surələr oxunmaz.

İlahi rəhmət

Həmd surəsi Rəhman və Rəhim olan Allahın adının həmd-sənası ilə başlayır: "Həmd və sitayiş aləmlərin idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Rəhman və Rəhim Allaha məxsusdur." (Fatihə, ayə 2-3). Allah dəfələrlə özünü bu iki gözəl sifətlə (Rəhman və Rəhim) tanıtmışdır. Bu iki sözün fərqində belə demişlər: "Rəhman, bütün mömin və kafir bəndələri əhatə edən geniş ilahi rəhmət deməkdir. Rəhim isə Allahın mömin bəndələri üçün olan əbədi mərhəmətini və daimi nemətini ifadə edir." (əl-Mizan).
Peyğəmbərdən (s) rəvayət olunur ki, "Allahın yüz rəhməti vardır ki, onlardan birini yer üzünə göndərib və onu Öz məxluqları arasında bölüşdürdü. Məxluqatın bir-birinə qarşı mehriban olması və bir-birini sevməsi də bir rəhmətdir. Digər 99 rəhməti ilə Qiyamət günü qullarına rəhm edər." (Məcməül-Bəyan).
Əlbəttə, aydındır ki, 100 rəhmət ifadəsi məsələni ağıla yaxınlaşdırmaq üçündür. Çünki ilahi rəhmət sonsuz və saysız-hesabsızdır.

Düz yol

Düz yol heç bir istiqamətə sapmayan aydın, geniş və hamar yol deməkdir. Quran ayələrində ondan nəzərdə tutulan Allahpərəstlik, haqq dini və Allahın əmrlərinə bağlılıqdır. Həmd surəsinin 7-ci ayəsindən əlavə, Ənam surəsinin 161-ci ayəsində oxuyuruq: "Ey Peyğəmbər, de: "Rəbbim məni doğru yola, yəni daimi dinə yönəltdi." "Nisa" surəsinin 59-cu ayəsində bu düz yol üç şeyə itaət etməklə bəyan edilir: "Ey iman gətirənlər, Allaha itaət edin, Peyğəmbərə və öz əmr sahiblərinizə itaət edin. Beləliklə, hər hansı bir işdə ixtilaf etdiyiniz zaman Allaha və axirət gününə inanırsınızsa, onu Allaha və Onun Elçisinə həvalə edin. Bu, dahaxeyirli və nəticə baxımından daha gözəlfirr."

Oxşar xəbərlər
captcha