IQNA

Quran şəxsiyyətləri /1

Adəm (ə) ilk insan yoxsa ilk peyğəmbər?

19:11 - June 28, 2022
Xəbər sayı: 3492472
Adəm (ə) müasir insanların atası və ilk peyğəmbərdir. İlk insan ilk peyğəmbər oldu ki, bəşəriyyət heç vaxt hidayətsiz qalmasın.

Adəm (ə) ilk insan yoxsa ilk peyğəmbər?Həzrət Adəm (ə) İbrahim dinlərinə görə, bugünkü bütün insanların atasıdır. İslam rəvayətlərinə görə, Adəm (ə) yerə ayaq basan ilk insan deyil. Həqiqətdə, ondan əvvəl insanlar olub ki, nəslləri tükənib. Adəmin (ə) nəslindən olan indiki insanların əvvəlki insanlarla heç bir əlaqəsi yoxdur. Həzrət Adəmin (ə) ilk insan olması isə o deməkdir ki, o, bəşərin axırıncı nəslinin ilk şəxsidir.

Quran Adəmi (ə) ilk ilahi seçilmiş şəxs kimi təqdim edir: "Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi".(Ali-İmran, 33). Elə buna görə də müsəlmanlar peyğəmbərliyin başlanğıcını və sonunu göstərmək istədikdə "Adəmdən Xatəmə qədər" ifadəsini işlədirlər. İlk insanın peyğəmbər olaraq seçilməsi göstərir ki, Allah heç vaxt bəşəriyyəti hidayətsiz qoymayıb. Adəmin adı Quranın 9 surəsində 25 dəfə gəlib. Quranda və İslam rəvayətlərində Adəm (ə) Əbul-Bəşər (İnsan Atası), Xəlifətullah (Allahın xəlifəsi) və Səfiyyəllah (Allahın seçdiyi) kimi ləqəblərlə tanıtdırılmışdır.

"Həcc", 5, "Sad", 71, "Saffat", 11, "Hicr", 48, "Rəhman", 14 və "Səcdə" 7 kimi Quranın bir neçə ayəsində ifadə fərqliliyi ilə insanın torpaqdan və palçıqdan (gildən) yaradılmasına işarə edilmişdir. Bir ayədə onun "təmiz palçıq"dan yaradılmasından bəhs edilir: "Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq". (Möminun, 12). Başqa bir ayədə insanın "qoxulu köhnə palçıqdan" yaradıldığı deyilir: " Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq!". (Hicr, 26).

Bu ayələr əslində insan bədəninin yaradılışının müxtəlif mərhələlərindən bəhs edir. O, əvvəldə torpağ olub, sonra palçığa çevrilib, sonra üfunətli palçığa çevrilib, sonra yapışqan hal alıb və nəhayət qurumuş bədənə çevrilib. Bir çox təfsirçilər hesab edirlər ki, Adəmin adının Adəm qoyulması ona görədir ki, onun bədəni "Ədim"dən (= yer üzündəki torpaqdan) yaradılmışdır. Böyük Allah insan bədəni formalaşdıqdan və tamamlandıqdan sonra ona öz ruhunu üfürdü: "Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!". (Hicr, 29. Sad, 72).

Buna görə də, Adəm (ə) cism və ruh kimi iki cəhətdən ibarətdir: Allah əvvəlcə onun bədənini yaratdı, sonra ona Öz ruhundan üfürdü və onu diriltdi. İnsan ən gözəl şəkildə yaradılmışdır: "Biz insanı ən gözəl biçimdə yaratdıq!". (Tin, 4). İnsan yeganə məxluqdur ki, Allah yalnız onu yaratdıqdan sonra özünü tərifləmişdir". (Möminun, 14).

Quranın bəzi ayələri insanın qarışıq nütfədən yaradılmasına işarə edir: (İnsan, 2). Bu ayələrin mənası insanın sonrakı mərhələlərdə və nəsillərdə yaradılmasıdır. Yəni ilk insanların əcdadı torpaqdan, onun nəsli isə spermadan yaradılmışdır. Quran ayələrindən birində olduğu kimi, Həzrət İsanın (ə) mövlud hekayəsi, yaradılışı baxımından Adəmin (ə) hekayəsi kimi tanınır: (Ali-İmran, 59).

Ad:
E-poçt:
* Comment:
captcha