IQNA

Quran surələri /2

Quranın ən böyük surəsinin 7 əsas mövzusu

21:16 - May 18, 2022
Xəbər sayı: 3492252
İslami Direniş Hareketi (Hamas) Siyasi Büro Başkanı İsmail Heniyye, Siyonist İsrail’i direniş liderlerine karşı olumsuz bir adım atma konusunda uyardı.

"Bəqərə" Quranın ikinci surəsidir və 286 ayədən ibarətdir. O, "Mədəni" surələrdən sayılır. Yəni, Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etdikdən sonra ona nazil olan Quran surələrindən biridir. Peyğəmbər (s) Mədinədə hökumət qurduğu üçün "Mədəni" surələrin böyük bir hissəsi ictimai məsələlər və hökmlər və qanunvericilikdən bəhs edir.

Bəqərə surəsi Qurani-Kərim vasitəsilə hidayətin şübhəsiz olduğunu vurğulamaqla başlayır. Daha sonra o, insanların Allahın və Onun kitabının təbliğatçılarına qarşı qruplaşması barədə danışır. Ayələrin nazil olduğu dövrdə kitab əhlinin, xüsusən də yəhudilərin fərqli yanaşmalarını ifadə edir. Sonra bütün bəşəriyyəti Allaha bəndəliyə və ilahi təqvaya dəvət edir. Qurani-Kərimə olan şübhələri inkar edir.

Həmçinin bəzi kafir yəhudilərin vəziyyətini təsvir edir. Əhd-peymanı sındırmağı, namərdliyi və fəsadı onların zərər etməsinin əsas amili kimi göstərir. Daha sonra insanları yenidən Allaha bəndəliyə və itaətə çağırmaqla vurğulayır ki, bir olan Allaha küfr etmək çox qəribə bir hadisədir. Kafirlərin rəftarının qəribəliyinin izahında Allahın ölüləri davamlı olaraq diriltməsini, yerin və göyün yaradılmasının başlanğıcını xatırladır.

Adəm və Həvvanın yaradılışı, şeytanın insana səcdədən boyun qaçırması, şeytanın hiyləsi ilə yerə endirilən Adəm və Həvvanın hekayəti Bəqərə surəsinin başqa bir hissəsidir. Həmçinin bu, "xoşbəxtliyin sirri ilahi hidayətə itaət etməkdir", "küfr və inkar isə bədbəxtliyin və əbədi əzabın səbəbidir" ifadəsinin müqəddiməsidir.

Muhəmməd İzzət Əd-Druzə "Təfsirul-hədis" kitabında deyir ki, "Bəqərə" surəsi Qurana az-çox uzun bir müqəddimədir və bu, "Həmd" surəsindən sonra Quranın bütün surə və ayələrinə uyğun müqəddimə sayılır.

Bəqərə surəsi uzun olduğuna görə bir neçə mövzudan bəhs edir ki, bunlardan əsasları aşağıdakılardır:

1_Tövhid

Bu surədə xüsusilə yaradılış sirlərini öyrənməklə Allahı tanımaqdan bəhs edilir.

2_ Ölümdən sonrakı həyat

Qiyamət və ölümdən sonrakı həyat, xüsusən də İbrahim peyğəmbərin (ə) istəyi ilə quşların dirilməsi və Üzeyir peyğəmbərin (ə) əhvalatı kimi hiss olunan nümunələri ilə bu surədə bəhs edilir.

3_ Quranın əhəmiyyəti

Quran möcüzəsi və bu ilahi kitabın əhəmiyyəti haqqında bəhslər edilir.

4_ Yəhudilərin və münafiqlərin təxribatı

Yəhudilər, münafiqlər və onların ilahi hökmlərə, xüsusən də İslam və Qurana qarşı tutduqları konkret mövqelər və bu mövzuda müxtəlif təxribatları "Bəqərə" surəsində çox təfərrüatlı və uzun-uzadı bəhs edilir. Münafiqlər özlərini müsəlman kimi göstərən, onlarla ünsiyyətdə olan, lakin əməldə İslama inanmayan, hətta dinin məqsədlərinə zidd hərəkət edən insanlar qrupudur.

5_ Peyğəmbərlərin tarixi

Xüsusilə İbrahim (ə) və Musanın (ə) hekayətlərindən bəhs edən bu surənin bir hissəsini böyük peyğəmbərlərin tarixi təşkil edir.

6_ Şəri qanunlar

Namaz, oruc, Allah yolunda cihad, həcc və qiblənin dəyişdirilməsi, nikah və boşanma, ticarət və din hökmləri kimi müxtəlif dini hökmlərin ifadəsi, sələm hökmlərinin mühüm bir hissəsi bu surədə bəyan edilmişdir. Həmçinin qisas, bəzi haram ətlərin, qumarın və şərabın haram edilməsi və vəsiyyətlərin və bu kimi bəzi məsələlərin qaydaları qeyd edilmişdir.

7_ Ehtiyacı olanlara kömək etmək

Allah yolunda infaq etmək və yoxsullara kömək etmək bu surənin bəzi ayələrində bildirilir.

Ad:
E-poçt:
* Comment:
* :