IQNA

Quran surələri /41

“Fussilət” surəsində Quranın təhrif olunmaması vurğulanıb

11:30 - November 20, 2022
Xəbər sayı: 3493287
Müsəlmanların inanclarından biri də Quranın tarix boyu təhrif olunmamasıdır. Buna əsasən, Qurani-Kərim İslam Peyğəmbərinə (s) nazil olan həmin kitabdır. Ondan bir kəlmə azalmayıb və ya bir kəlmə də ona əlavə olunmamışdır. Bu da Quranın möcüzələrindən sayılır.

Qurani-Kərimin 41-ci surəsi "Fussilət" adlanır. 54 ayədən ibarət bu surə Quranın 24 və 25-ci cüzlərində yer alıb. "Fussilət" surəsi Məkkə surələrindən biridir və İslam Peyğəmbərinə nazil olan 61-ci surədir.

"Fussilət"  sözünün mənası “bəlağətli ifadə edilmiş” deməkdir. Bəziləri bu termini “hissə-hissə” və ya “fəsil-fəsil” kimi şərh etmişlər. Bu söz bu surənin üçüncü ayəsində qeyd olunur. Ona görə də bu surə bu adla tanınır.

"Fussilət" surəsi daha çox kafirlərin Qurandan üz çevirməsindən bəhs edir. Bu mövzu bu surənin müxtəlif yerlərində təkrarlanır. Surənin əvvəlində altı ayə kitabın inkar edilməsi məsələsindən danışır. Sonra 26-cı ayədə yenə eyni şeyi qeyd edir və deyir: “Kafir olanlar (öz dostlarına) bu Quranı dinləməyin, o oxunduqda (eşidilməsin deyə) səs-küy (şuluqluq) salın ki, bəlkə, (bununla Muhəmmədə) qalib gələsiniz!” -dedilər". Üçüncü dəfə 40-cı ayədə eyni məzmunu davam etdirir və buyurur: "Ayələrimizi inkar edənlər (ayələrimizdən üz döndərənlər) Bizdən gizli qalmazlar. Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü (Allahın hüzuruna) arxayın gələn kəs? İstədiyinizi edin. Şübhəsiz ki, O nə etdiyinizi görəndir".

Surəsinin sonunda Quranın Allah tərəfindən olmasından bəhs edir və deyir: “(Ya Peyğəmbər! O kafirlərə) de: Bir söyləyin görək, əgər (bu Quran) Allah dərgahındandırsa və sonra siz də onu inkar edibsinizsə, (sizin kimi haqdan) uzaq bir nifaq içində olan kəsdən (haqq yolu) daha çox azmış kim ola bilər?!” (Fussilət, 52).

Quranın təhrif edilməməsi müsəlmanların inanclarından biridir. Buna əsasən, müsəlmanların əlində olan Quranın məhz Peyğəmbərə (s) nazil Qurani-Kərim olduğuna inanırlar. Ondan bir kəlmə azalmayıb və ya bir kəlmə də ona əlavə olunmamışdır. Təfsirçilər və ilahiyyatçılar hər cür təhrifi rədd etmək və inkar etmək üçün ayə və rəvayətlərə istinad etmişlər. “Fussilət” surəsinin 41 və 42-ci ayələri də bu ayələrdəndir.

Müşriklərin Allahın kitabından üz çevirmələrinin tələbi İslama dəvətin əsasını təşkil edən dinin üç əsasını inkar etməkd. Bu da Allahın birliyi, İslam Peyğəmbərinin (s) peyğəmbərliyi və məaddır. Belə bir tələb olduğundan, bu barədə O, üç prinsipdən ətraflı danışır. Eyni zamanda müjdə və xəbərdarlıqlar verir.

Bu surədə bəhs edilən digər mövzular bunlardır: Allahın birliyi məsələsi, sonuncu peyğəmbərin (s) peyğəmbərliyi, Quranın nazil olması, sifətləri və xüsusiyyətləri, məad məsələsi və qiyamətin vəsfləri, cəhənnəm əhlinin gözlərinin, qulaqlarının, dərisinin və bütün bədən üzvlərinin onların əleyhinə şəhadət vermələri və Ad və Səmud qövmünün tarixi.

Oxşar xəbərlər
captcha